Şəhidin doğum günü məzarı başında qeyd olunub - FOTOLAR
31-05-2021 [23:45]
Azərbyacan Ordusunun giziri, şəhid Zülfqarlı Zeynalın doğum günü öncə Şirvan şəhər Şəhidlər Xiyabanında uyuduğu məzarı ətrafında Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, hüququ-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, dostları və ictimaiyyət nümayəndələri ilə birlikdə qeyd olunub.
Mia.az xəbər verir ki, əvvəlcə şəhidin əziz xatirəsi ehtiramla yad olundu, ruhuna dualar oxundu, məzarı üzərinə gül dəstələri düzüldü. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açdı. Bildirdi ki, prezident-ordu-xalq vəhdətinin, birliyinin, həmrəyliyinin nəticəsi olaraq torpaqlarımız düşməndən azad edildi, haqq-ədalət bərpa oldu, Şanlı Zəfər günü tariximizə şəhidlərimizin qanı ilə yazıldı. Sevinirik və qürur duyuruq ki, üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır. İlqar Abbasov tarixi Qələbənin əldə olunmasında canından keçən bütün şəhidlərimizin daim xatirələrdə yaşayacağını, onların ailələrinə hər zaman hörmət və ehtiram göstəriləcəyini qeyd etdi.
Sonra Zülfüqarlı Zeynalın vaxtilə yaşadığı küçədə şəhidin xatirə lövhəsinin açılışı oldu. Açılışda Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, Bələdiyyə sədri, şəhid Milli Qəhrəman Murad Mirzəyevin valideynləri, Şirvan şəhərindən olan şəhid anaları Zeynalın döyüş yolundan, göstərdiyi qəhrəmanlıqdan və şücaətdən danışdılar. Tədbirdə qeyd olundu ki, Zeynal hərbiçi peşəsini seçməklə həyatını, arzularını, gələcəyini Vətənə bağışladı. Çıxış edənlər Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Zeynalın xatirəsinin daim əziz tutulacağını, şəhidlik zirvəsinə ucalan Zeynalın təkcə şirvanlıların, doğma el-obasının oğlu deyil, bütöv Azərbaycanın oğlu olduğunu, onunla hər bir azərbaycanlının qürur duyduğunu vurğuladılar. “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Azərbaycan Ordusunun 100 illiyi” medalları ilə təltif edilən şəhidin igidliyinin və vətənpərvərliyinin gələcək nəzilllərə örnək olacağı diqqətə çatdırıldı.
Sonra Şəhər İcra Hakimiyyəti aparatı adından şəhidin valideynlərinə xatirə hədiyyəsi təqdim olundu. 21 nömrəli tam orta məktəbin şagirdləri şəhidlərə həsr olunmuş bədii kompazisiya ilə çıxış etdlər.
Tədbirin sonunda şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Allah rəhmət eləsin!
Xəzər rayonunda üç evdən oğurluq olub
Özü 20 min, müavinləri 15 min, köməkçiləri 10 min manat alan Agentlik sədri... - Mətbuat katibi maaşla bağlı sualdan yayındı
Şadlıq evlərindən baha olan restoranlar: bir nəfərin yeməyi neçədən başlayır? - SİYAHI
Xəzərin sahilində nəhəng beton bünövrələr üzə çıxıb
FİFA Türkiyə klubunu cəzalandırdı - Polşalı qapçıya gərə
ABŞ Səfirliyi “Qarabağ”ı təbrik edib
Almaniya əhalisi azalıb - 2020-ci ildən bəri ilk dəfə...
Əli Əsədov yeni qərar imzalayıb
İranın vitse-prezidenti xalqdan üzr istədi
Bəylər Eyyubovun qardaş oğlu həbsdən buraxılmadı - Məhkəmə prosesi
Masallıda 2 uşaqlı ananın üçəmi də dünyaya gəlib
Regional İdarə rəisi vəzifədən azad olunub
Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqinə dair İşçi Qrupun iclası keçirilib
Ekspert AHİK rəhbərliyini necə çətin vəziyyətə salıb? - "Birdə-birə niyə belə bir oyuna əl atıldı?"
Torpaq vergisi bəyannaməsi ilə bağlı müddəti dəyişib
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı (VİDEO)
Manipulyasiya necə edilir və ya yalan nədir, doğru nədir? - TƏHLİL
Əli Əsədov sərəncam imzalayıb
Yasamaldakı qara paltarlı o qadın tutuldu - VİDEO, FOTO
DAHA BİR GENERALA YÜKSƏK VƏZİFƏ VERİLDİ
"TikTok"un vəzifəli şəxsləri gizli qoruma oyunu - Amerikada Tramp qorunur, bizdə isə Prezidenti təhqirə geniş yer açılır
Məktəb direktorunun şagirdi vurması iddiası araşdırılır
Sabah hava necə olacaq? - Proqnoz
AFFA klubları cəzalandırdı
Rusiyadda bakalavriat və magistratura ləğv edilir
"Changan"dan şikayətlər artır - Bəs ekspert nə deyir?
Deputat yenə cəza və cərimə tələb edən nazir müavininə qəzəbləndi: "İnsanlar boğaza yığılıblar"
Ordu və polis müvəqqəti prezidenti "Sədaqət andı" içdi - "Komandir əsası" təqdim olundu
"Balkonlardan tullanmayın" - Qapçının qolu ilə pley-offa yüksələn "Benfika"nın Baş məşqçisi kimə replika atdı?
Türklər parçalananda Rusiya böyüyür, birləşəndə kiçilir - Bu, tarix boyu təkrarlanan geosiyasi qanundur (Təhlil)
"Qardaşım vəfat etməyib" - Əhəd Abıyev
Kəmaləddin Heydərov yeni təyinata imza atıb
Etibar Əhmədov vəzifədən azad olunub
Şəmşad Ağa anasının dəfn mərasiminə buraxıldı - QƏRAR
"ABU-nun saxta diplomlu "məzunu" onu Xidmət rəisi təyin etdirdi..." - Jurnalist jurnalistin statusuna elə şərh yazdı ki... (FOTOLAR)
Daha üç nəfər dəm qazından zəhərlənib (Yenilınib)
Məhkəmənin qərarı olmadan axtarış aparılması... - Cinayət-Prosessual Məcəlləsi dəyişir
Maştağada istixanadan oğurluq edənlər saxlanıldı
ZƏNGİLANIN BU KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLDU
İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR