Vilayət Eyvazov qazi atasına yeni vəzifə verdi

img

19-05-2021 [16:03]


Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Vətən Müharibəsi qazisi Musa Qasımzadənin atasına yeni vəzifə verib.

Nazirin əmri ilə polis mayoru Qubad Qasımov Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəis təyin olunub.

Q.Qasımov bundan əvvəl həmin bölmədə sahə müvəkkili olub/Qafqazinfo.

Qeyd edək ki, qazi M.Qasımzadə Prezidentin sərəncamı ilə “Qubadlının işğaldan azad olunmasına görə”, “Cəbrayılın işğaldan azad olunmasına görə” və “Hərbi Xidmətlərə” görə medalları ilə təltif edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA