Təhsil Nazirliyi ilə Britaniya Konsulluğu arasında təhsil fəaliyyət planı imzalanıb

img

21-05-2021 [16:28]


Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Britaniya Konsulluğu arasında təhsil fəaliyyət planı imzalanıb.

Mia.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp tvitter səhifəsində yazıb.

Sənədi Azərbaycan Təhsil Nazirliyi və Britaniya Konsulluğunun nümayəndələri imzalayıblar: “Təhsil sahəsində Böyük Britaniya ilə Azərbaycan arasında əməkdaşlıq sürətlə inkişaf edir. Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Britaniya Konsulluğu arasında təhsil fəaliyyət planının imzalanması Azərbaycanda keyfiyyətli təhsilin təmin olunmasına dəstək vermək üçün daha çox Böyük Britaniya təcrübəsini gətirəcək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA