Avropa İttifaqı SEPAH-ı "Terror siyahısı"na aldı, Tehrana sərt mesaj verdi: "Öz xalqını öldürən rejim sonunu hazırlayır"

img

29-01-2026 [19:24]


Avropa İttifaqı (Aİ) İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ilə bağlı sensasiyalıı qərar verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə AİB-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas  açıqlama verib.

O, SEPAH-ın qurm tərəfindən Terror qruplaı siyahısında salındığını deyib: "Repressiyalar cəzasız qala bilməz. Aİ Xarici İşlər Nazirləri İran İnqilab Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanıdı. Bu, qətiyyətli bir addımdır. Öz xalqının minlərlə üzvünü öldürən hər hansı bir rejim öz sonunu hazırlayır".

Kallas bildirib ki, SEPAH bundan sonra Əl-Qaidə, HƏMAS və İŞİD ilə eyni statusda görünəcək: "Terrorçu kimi davranırsınızsa, sizə terrorçu kimi davranılmalıdır".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA