Rus jurnalistin Qarabağdan maraqlı reportajı: "Bir çox ermənilər üçün ən çox narahatedici olanı budur ki..." - FOTOLAR
28-11-2020 [17:58]
Noyabrın 25-də Kəlbəcər işğaldan azad edildi və Azərbaycanın nəzarətiə qaytarıldı. Beləliklə, Dağlıq Qarabağ ermənilərini Ermənistanla “birləşdirən” və illər əvvəl açılmış ikinci, strateji əhəmiyyətli dəhliz ordumuzun nəzarətinə keçdi. Ona görə də Dağlıq Qarabağla Ermənistan arasında gediş-gəliş artıq üç gündür ki, yeganə dəhlizlə-Rusiya sülhməramlılarının nəzarətində olan Gorus-Laçın-Şuşa-Xankəndi yolu ilə həyata keçirilir.
Rusiyalı jurnalist Andrey Borodulin ridus.ru layihəsi üçün hazırladığı reportajda yoldakı vəziyyətdən bəhs edir. Bildirir ki, indi Rusiya ordusunun azı 10 blok-postundan keçməklə və erməni polisinin nəzarəti altında Ermənistandan Dağlıq Qarabağa gedib-gəlmək mümkündür.

Şuşa ətrafından Xankəndi belə görünür
“Yol kənarlarından yanmış maşınların və vurulmuş zirehli texnikanın qalıqları hələ yığışdırılmayıb, dağ aşırımının yüksək nöqtələrində artıq qar örtüyü var, amma bu yolda trafik son ay yarımla müqayisədə xeyli canlanıb. Məsələ bundadır ki, indi Dağlı Qarabağa aparan iki yoldan biri açıqdır. Noyabrın 24-dən 25-nə keçən gecə Azərbaycan Vardenis-Mardakert (Ağdərə) yoluna nəzarəti tam ələ aldı”,-reportajda deyilir.
Rusiyalı jurnalist qeyd edir ki, şimal yolunun bağlanmasından sonra cənub yolu ermənilər üçün faktiki olaraq dalana çevilib: “Geriyə qalan cənub yolunda bir çox ermənilər üçün ən çox narahatedici, yaxud təhqiredici olanı budur ki, onlar Türkiyə və Azərbaycan bayraqlarının, üstəlik latın hərfləri ilə yazılmış “Şuşa” sözünün yanından ötüb keçməlidir”.
Reportajda qeyd olunur ki, yolun “erməni” tərəfində jurnalistləri görən Azərbaycan əsgərləri ya zarafatla, ya xəbərdarlıq məqsədi ilə səsgücləndiricilərdən öz milli mahnılarını, marşlarını səsləndirirlər.

“Rusiya əsgərləri hərçənd onlardan 30 metr məsafədə dayanıblar, amma belə görünür ki, saundtrekin yerli atmosferə uyğunlaşdırılmasında iştirak edə bilməzlər. Sülhməramlılar dostyana, dəqiq və sakit şəkildə blok-postlarda nəzarəti həyata keçirirlər. Ermənilərin maşınlarını saxlasalar da onların vaxtını 2 dəqiqədən çox almırlar. Burada tipik dialoq təxminən belədir:
-Salam, haradan gəlib hara gedirsiniz? Maşında silah var?
-Yox. Stepanakertdən (Xankəndi) Yerevana, müalicəyə (və ya ailəmin, qohumlarımın yanına, Gorusa ərzaq dalınca və s…) gedirəm.
-Sağ olun, yaxşı yol!
“Ermənilərin həyat yolunun” bir hissəsi sözün əsl mənasında Azərbaycan əsgərlərinin mövqeyi ilə kəsişir, hündür hasarın arasından onları görmək olur.

Laçında Rusiya BTR-i və qoca erməni
Lakin burada təxribat və ya münaqişələr baş verməyib, Şuşadan çıxışda qurulmuş blok-posta məsul olan Azərbaycan zabiti də bunu təsdiqləyir. O qeyd edib ki, Azərbaycan əsgərləri gözləyirlər: artıq dekabrın 1-də Qarabağa gələn cənub yolu onlar üçün də açıq olacaq. Dekabrın 1-i indiki Qarabağ münaqişəsinin ən mürəkkəb “pazlarından” biridir.
Qışın girəcəyi gecədə ermənilər Azərbaycana üçtərəfli razılaşmada nəzərdə tutulan sonuncu ərazini-Laçın rayonunu təhvil verməlidir.

Hazırda həmin ərazilərdə ermənilər qalmaqdadır. Amma daha uzunmüddətli sual: “erməni Qarabağına” aparan yeganə yolda “dinc sakinlər” və Azərbaycan ordusunun məsələn, Şuşa qarnizonuna gedən hərbi texnikası necə bir yerdə gedəcək. Bir məsələ aydındır: dekabrın 1-də Laçın rayonunun Azərbaycana təhvil verilməsindən sonra Rusiya sülhməramlılarının işi daha da artacaq”,-rusiyalı jurnalist yazır/Virtualaz.org

Manipulyasiya necə edilir və ya yalan nədir, doğru nədir? - TƏHLİL
Əli Əsədov sərəncam imzalayıb
Yasamaldakı qara paltarlı o qadın tutuldu - VİDEO, FOTO
DAHA BİR GENERALA YÜKSƏK VƏZİFƏ VERİLDİ
"TikTok"un vəzifəli şəxsləri gizli qoruma oyunu - Amerikada Tramp qorunur, bizdə isə Prezidenti təhqirə geniş yer açılır
Məktəb direktorunun şagirdi vurması iddiası araşdırılır
Sabah hava necə olacaq? - Proqnoz
AFFA klubları cəzalandırdı
Rusiyadda bakalavriat və magistratura ləğv edilir
"Changan"dan şikayətlər artır - Bəs ekspert nə deyir?
Deputat yenə cəza və cərimə tələb edən nazir müavininə qəzəbləndi: "İnsanlar boğaza yığılıblar"
Ordu və polis müvəqqəti prezidenti "Sədaqət andı" içdi - "Komandir əsası" təqdim olundu
"Balkonlardan tullanmayın" - Qapçının qolu ilə pley-offa yüksələn "Benfika"nın Baş məşqçisi kimə replika atdı?
Türklər parçalananda Rusiya böyüyür, birləşəndə kiçilir - Bu, tarix boyu təkrarlanan geosiyasi qanundur (Təhlil)
"Qardaşım vəfat etməyib" - Əhəd Abıyev
Kəmaləddin Heydərov yeni təyinata imza atıb
Etibar Əhmədov vəzifədən azad olunub
Şəmşad Ağa anasının dəfn mərasiminə buraxıldı - QƏRAR
"ABU-nun saxta diplomlu "məzunu" onu Xidmət rəisi təyin etdirdi..." - Jurnalist jurnalistin statusuna elə şərh yazdı ki... (FOTOLAR)
Daha üç nəfər dəm qazından zəhərlənib (Yenilınib)
Məhkəmənin qərarı olmadan axtarış aparılması... - Cinayət-Prosessual Məcəlləsi dəyişir
Maştağada istixanadan oğurluq edənlər saxlanıldı
ZƏNGİLANIN BU KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLDU
İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub