Keçmiş prokurorluq işçisinin işi məhkəməyə göndərildi
31-05-2020 [16:15]
Prokurorluq orqanlarının adından sui-istifadə edərək vətəndaşı aldatmaqla rüşvət verməyə təhrik etmiş şəxslərin qanunsuz əməlləri ifşa edilib.
Baş Prokurorluğunun Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, əvvəllər Bakı şəhər prokurorluğunun Daxili İşlər Orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin prokuroru işləmiş Samir Nəsirovun qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Aparılmış istintaqla Samir Nəsirovun Bakı şəhər sakinləri - Kənan Nəsrullayev və Nurlan Abbasovla qabaqcadan əlbir olaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasını guya Baş Prokurorluqda işləyən tanışları vasitəsilə rüşvət müqabilində həll edəcəyini yalandan vəd verərək təqsirləndirilən şəxslərin qohumu Tofiq Məmişovu aldatmasına, sonuncunu rüşvət verməyə təhrik edərək həmin məqsədlər üçün 27 min manat məbləğində pulunu ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən qanunsuz hərəkətlərinə görə Samir Nəsirov Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) maddələri, Kənan Nəsrullayev və Nurlan Abbasov isə 32.4, 312.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddələrdə nəzərdə tutulan ittiham irəli sürülüb.
İş üzrə istintaq yekunlaşdırılmaqla 31 may 2020-ci il tarixdə baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Azərbaycan Respublikasının prokurorluq orqanları tərəfindən bundan sonra da bu kateqoriyadan olan cinayətlərin törədilməsinə səbəb və şərait yaradan halların müəyyən edilərək aradan qaldırılması və bu sahədə baş verə biləcək neqativ halların qarşısının alınması istiqamətində zəruri tədbirlərin görülməsi davam etdiriləcəkdir.
Sabiq icra başçısının həbs müddəti 5 ay uzadılıb
Rəsmi Tehran: "Əgər danışıqlar real və..." - "Hər hansı bir avantürizmə qətiyyətlə cavab verəcəyik"
Ançelottini müqaviləsi uzadılır
MEDİADA GEDƏN XƏBƏRLƏRİN SİLİNMƏSİ: hansı hallarda icra edilə bilər?
"Beşiktaş" "Başakşehir" matçına hazırlaşır
Türkiyədə mərc oyunları ilə bağlı qayda dəyişib
Yeni vergi güzəştləri tətbiq ediləcək - Dəyişiklik
ABŞ–Azərbaycan münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıq, TRIPP və geosiyasi yenidənqurma...
Güclü küləkli əsəcək - Sarı və narıncı xəbərdarlıq verilib
Bakı, Sumqayıt və Abşeronda pensiyalar artımla ödənilib
Minimum əməkhaqqı ilə bağlı qərar verildi
Sabah hava necə olacaq? - Proqnoz
Bakı Moskvanın orbitindən çıxır: postsovet məkanının sonu? - TƏHLİL
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
Nizami rayonunda 10 il əvvəl evləri sökülən sakinlər küçədə qalıb - "Nə yeni ev verirlər, nə də..."
Türkiyədə sosial mediada fahişləliyə çağırış edənlər qandallandı - Ev, maşınlar və iki şirkətə "əl qoyuldu"
Milli Məclisin iclası başlayıb
Trampın İsrail prezidentinə sərt mesajı cavabsız qalmadı - Hersoq "Bura hüquqi dövlətdir" dedi
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - SİYAHI
Şəhid oğlu direktor təyin edildi
“Araz Fərqindəlik Yaradır” şüarı altında “Xərçənglə Mübarizə Həftəsi” keçirilib - FOTOLAR
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
Azərbaycan nefti 70 dollardan satılır
Böyük Britaniyada şəxsi maşınlarda siqaret çəkilməsi qadağan olunur
NYT: "ABŞ Karib dənizindəki nəhəng gəmini Yaxın Şərqə göndərir"
Zəngilanda əkin sahələri istifadəyə veriləcək
"Təmizlənmə yarımçıq qalmamalıdır” - Partiya sədri
Tramp İranı yenə hədələdi: "Mən bunu arzulamıram, lakin..."
Müdafiə naziri: "Putin bizi döyüş meydanında məğlub edə bilməz"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ hərbçiləri geri çəkildi - Suriya ordusu bazaya girdi
"Neftçi" və "Qarabağ" komandalarının oyunu təxirə salınıb
UEFA Millətlər Liqası: Azərbaycan millisinin rəqibləri bəlli olub
Türkiyə kəşfiyyatının rəhbəri Liviyada - Baş nazirlə görüş olub
"Qalatasaray" prezidenti: "İkardi bizim üçün çox dəyərli oyunçudur"
Ərdoğan parlamentdəki davaya qəzəbləndi: "Heç utanmırsınızmı?"
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
Ordubad şəhəri ICESCO-nun siyahısına salınıb
İsmayıllı rayonunda zəlzələ olub
"Qalatasaray" - "Yuventus" matçının biletləri satışda - Ən baha bilet 1650, ən ucuz isə...
İngiltərə millisinin baş məşqçisi ilə müqavilə uzadıldı
Energetika naziri Macarıstan səfirini qəbul edib