Azərbaycandakı 19 iranlı məhbus İrana təhvil verilib

img

27-05-2020 [12:44]


Azərbaycandakı 19 iranlı məhbus İrana təhvil verilib.

Bunu İranın ədliyyə nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Mahmud Aabbasi deyib.

O qeyd edib ki, əksəriyyəti narkotik qaçaqmalçılığına görə həbs edilmiş məhbusların təhvil verilməsi Astara sərhəd-keçid məntəqəsində bu gün baş tutub.

Bildirilib ki, ölkəyə qaytarılmış məhbuslar həbs müddətinin qalanını İranda zindanda keçirəcək.

 Məhbuslar İranın Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Azərbaycan Respublikası aidiyyəti qurumları ilə  müzakirələri nəticəsində İrana təhvil verilib/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR