Daxili İşlər Nazirliyi Göyçayda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb

img

04-05-2020 [11:43]


Daxili İşlər Nazirliyini Göyçay rayonunda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, mayın 2-də saat 18 radələrində Göyçay rayonunun Cəyirli kəndi ərazisində rayon sakinləri R.Abdullayevin idarə etdiyi “Daewoo” və Ələkbər Babayevin idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub.

Nəticədə Ə.Babayev hadisə yerində, sərnişini Aqşin Allahverdiyev isə xəstəxanada ölüb.

Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:59 24.05.2020

NANKORLUQ...