Ağdaşda qız qaçıran 3 nəfər saxlanılıb

img

01-05-2020 [15:11]


Ağdaş rayonunda adam oğurluğunda şübhəli bilinən 3 nəfərdən ibarət dəstə üzvləri saxlanılıb. 

Mia.az Yenisabah.az-a istinadla bildirir ki, Cinayət Məcəlləsinin 144.2.3-cü (adam oğurluğu- bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən Səmədov Rizvan Vaqif oğlu, Əliyev Elçin Bəhruz oğlu, Səmədzadə Ruslan Rüstəm oğlu ilə bağlı Ağdaş Rayon Məhkəməsinin hakimi Nizam Əliyevin sədrliyi məhkəmə prosesi keçirilib və hər üç şəxs barəsində həbs-qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, dəstə üzvləri Rizvan Səmədov üçün evlənmək məqsədi ilə zorla A. Tağıyeva ( ad şərtidir) adlı qızı qaçırıblar. Ancaq qızın valideyinləri bundan xəbər tutanda dərhal Ağdaş Rayon Polis Şöbəsinə şikayət ərizəsi yazıblar. Bundan sonra keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılaraq istintaq orqanına təhvil verilib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR