Polisdən əməliyyat: İrandan Azərbaycana narkotik gətirənlər tutuldu
29-04-2020 [18:22]
Ölkədə tətbiq edilmiş xüsusi karantin rejiminə fasiləsiz nəzarəti həyata keçirən polis əməkdaşları cinayətkarlığa qarşı apardığı mübarizəni də uğurla davam etdirirlər.
DİN-dən Mia.az-a verilən məlumata görə, bu günlərdə həyata keçirilən növbəti əməliyyat tədbiri nəticəsində külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələrin və psixotrop maddələrinölkə ərazisinə gətirilərək realizə olunmasının qarşısı alınıb.
Belə ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbirnəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Gavran kənd sakinləri Cəbrayıl Yusibov və Zamin İbrahimov Yardımlı-Deman-Arvana yolunun 11-ci kilometrində sonuncunun idarə etdiyi "VAZ 2106" markalı avtomobildə saxlanılaraq şöbəyə gətiriliblər.
Avtomobilin salonuna baxış zamanı ümumi çəkisi 16 kiloqramdan çox olmaqla 7 kiloqramdan artıq heroin, 6 kiloqram 720 qram qurudulmuş marixuana, 1 kiloqram 885 qram tiryək, 614 qram psixotrop maddə olan metamfetamin, həmçinin 1 ədəd “Baretta A6” markalı tapança, həmin silaha aid 2 sandıqça və 20 ədəd patron aşkar olunaraq götürülüb.
Araşdırma zamanı müəyyən olunub ki, bu şəxslər hələlik adı istintaqa məlum olmayan İran vətəndaşının tapşırığı ilə Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitə, psixotrop maddə və silah-sursatı Yardımlı rayonu ərazisində qəbul ediblər Daha sonra Cəbrayıl Yusibov və Zamin İbrahimov narkotik vasitələri Yardımlı rayonunda əvvəlcədən müəyyən edilmiş yerdə gizlətməli imişlər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Zamin İbrahimov və Cəbrayıl Yusibov tutularaq istintaqa təqdim olunublar.
Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Ramiz Mehdiyevlə bağlı videosu yayılan PA-nın sabiq şöbə müdiri: "Necə olur ki, mənim saçıma düşən dən orda görünmür?" - MÜSAHİBƏ
“Nar”ın “Çoox Şanslı” lotereyasında 6-cı avtomobil sahibini tapdı!
Müseyib bəy Axıcanov kim olub? - Tarixi faktlar...
Sabah yağış yağacaq
Əbülfəs Qarayevin “qara siyahısı”: hotel, balıq, neft və skandal şirkətlər- SENSASİON FAKTLAR
Gürcüstan əcnəbilər üçün ölkəyə girişi çətinləşdirdi- Yeni QAYDA
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə müzakirə aparıb
İlham Əliyev Finlandiya prezidentinə məktub ünvanlayıb - MƏTN
Azərbaycan nefti 67 dollara qalxdı
Məşhur idmançı deputat Ülvi Quliyevdən şikayətləndi: "300 min pul qazananda deyirdilər ki..."
Problemləri ilə baş-başa qalan Salyan: "Baxan yoxdur" - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
DÇ-2026: PÜŞK ATILDI, RƏQİBLƏR BƏLLİ OLDU
"Xəyalların rəngi" kitabının təqdimatı keçirilib - FOTOLAR
BP "Bakı-Supsa" və BTC-də operatorluğunu təhvil verir - Şirkət yayılan xəbəri təsdiqlədi
Qanunsuz tikilmiş obyektlər: necə sənədləşdirilməli? - Əmlak Komitəsi açıqlama yaydı
"Qalatasaray" - "Samsunspor" matçı: heyətlər bəlli oldu
UEFA "Fənərbağça"nın futbolçusunu cəzalandırıb
16 həkim barədə şok iddia yayıldı - Səhiyyə Nazirliyinin üç sabiq əməkdaşı istintaq altında...
Bakıda "Yelobank"ı da olan Vahid Ələkbərovla Adnan Əhmədzadənin gizli əlaqəsi varmış...
Bakıda kafedə partlayış: 3 nəfər xəsarət alıb - VİDEO
İndi şans paketi al və Bakcell-dən avtomobil qazan!
Əkin sahələrində tikinti: necə aparılacaq? - Fərman + DETALLAR
Messidən DÇ-2026 ilə bağlı açıqlama: "Yenə qazanmaq istəyirəm"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Türkiyə kuboku: püşk atıldı - Qarşılaşmalar
Prezident daha bir sərəncam imzaladı, mərkəzə tapşırıq verildi
"Temu 1106" vətəndaşlara saxta iş təklifi göndərir - Xəbərdarlıq
Salyanda məktəbdə zəhərlənmə olub (YENİLƏNİB)
Məhkəmə Əli Kərimlinin şikayətinə "yox" dedi
DİN və AQTA-dan birgə əməliyyat: yararsız at əti aşkarlanıb
Elçin Əmirbəyov İsveçrədə növbəti görüş keçirib - Açıqlama
Beynəlxalq Bank sədrinin birinci müavini niyə vəzifədən getdi?
Putin Hindistanda: "Sizə fasiləsiz enerji ötürməyə hazırıq"
Saytlarda yaranan problemlərlə bağlı rəsmi - Açıqlama
"Qaçqınkom": "Müvafiq hüquqi addımlar atılacaq”
Deputatlar toplanır: daha hansı qanunlar dəyişir? - SİYAHI
Nizami rayonunda küçələr su altında: qurumlar isə yoxa çıxıb
SOCAR Dəməşq Hava Limanını yanacaqla təchiz edəcək