Belçikada ümumi karantin elan olundu

img

13-03-2020 [09:47]


Belçikanın baş naziri Sofi Vilmes bildirib ki, cümə günü gecə yarısından şənbə gününə kimi ölkədə ümumi karantin tətbiq ediləcək.

Onun sözlərinə görə, Belçika yeni tip koronavirus pandemiyasına "reakiyanın üçüncü mərhələsinə keçib".

Beləcə, ölkədə bütün kütləvi tədbirlər ləğv edilib. Söhbət idman, mədəni, folklor tədbirlərindən gedir.

Vilmes deyib ki, şəxsi və ya ictimai, saylarından asılı olmayaraq bütün tədbirlər ləğv edilib.

Siyasətçi əlavə edib, ictimai iaşə müəssisələri, disko klublar, təhsil müəssisələri bağlanacaq.

Belçikada koronavirusa yoluxanların sayı 399 nəfərə çatıb. Ölkədə üç nəfər infeksiyanın qurbanı olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA