"AFB Bank" ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib

img

15-11-2019 [14:12]


"AFB Bank" ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.

Bu, Orxan Xubanlıdır. 

O, vaxtilə "Azərbaycan Beynəlxalq Bankı” ASC-də, ləğv prosesində olan "Bank Standard” QSC-də, Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda və "Azsığorta" ASC-də rəhbər vəzifələrdə çalışıb. 

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,394 milyon manatdır. Bankın səhmlərinin 99,64%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11%-lik səhmdarı), 0,18%-i Cəmil Tahir oğlu Muradova ("Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri), 0,18%-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA