İraqda koronavirusdan bir nəfər öldü

img

04-03-2020 [12:41]


İraqın şimalında koronavirusa yoluxmuş şəxs ölüb.

"Anadolu" xəbər verir ki, İraqda infeksiyanın ilk qurbanının 70 yaşı olub.

Hadisə İraqın Süleymaniyyə şəhərində baş verib.

Qeyd edək ki, fevralın 24-də İraqın Nəcəf şəhərində ilk dəfə iranlı tələbədə koronavirusa yoluxma halı aşkarlanıb. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 80 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 93 217-yə çatıb. Bunların 51 009 nəfəri sağalıb, 3 203 nəfəri isə ölüb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR