Avropa Parlamenti 130 tədbiri təxirə saldı

img

03-03-2020 [15:24]


Avropa Komissiyasının ardından Avropa Parlamentinin sədri David Sassoli də koronavirusa qarşı tədbirlər görəcəyini açıqlayıb.

 Avropa Parlamentinin qarşıdakı üç həftədə 6-7 min nəfərin iştirakı nəzərdə tutulan 130 tədbiri təxirə salınıb.

Məlumata görə, bu müddət ərzində kənardan gələn ziyarətçilər də parlamentə daxil ola bilməyəcəklər.

Parlament sədri işlərin bu formada davam edəcəyini, komitə işlərində axsamaların olmayacağını bildirib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 78 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 91 333-ə çatıb. Bunların 48 264 nəfəri sağalıb, 3 120 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də yeni növ pnevmoniyanın adını COVID-19 qoyub./Report 

Digər xəbərlər
SON XƏBƏRLƏR