Ərdoğandan Əsədə xəbərdarlıq: "İstənilən yerdə vuracağıq"

img

12-02-2020 [13:17]


"Bu günədək Suriyanın İdlib bölgəsində verdiyimiz şəhidlərimizin sayı 14-ə çatıb".

 Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. 

Onun sözlərinə görə, Bəşşar Əsədə sadiq qüvvələr İdlibdə mütəmadi mülki vətəndaşlara hücum edir, qan tökürlər: "Əlbəttə, Türkiyə bu vəziyyətə seyrçi qalmayacaq. Bu hücumların məqsədi ərazini tamamilə boşaltmaqdır. Biz vədlərin yerinə yetirilməsini gözləsək də, ancaq birbaşa əsgərlərimizi hədəf almağa başladı. Bundan sonra heç kimin təxribatına göz yummayacağıq və bu gündən hansısa bir yanlış hərəkətə görə rejim qüvvələrini istənilən nöqtədə vuracağımızı bəyan edirəm. Mehmetciklərin qanının töküldüyü yerdə heç kəs güvəndə ola bilməyəcək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA