Gürcüstanın hakim partiyası müxalifəti dialoqa çağırdı

img

12-02-2020 [12:41]


Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası müxalifəti dialoqa dəvət edib.

Bu barədə parlament çoxluğunun lideri Mamuka Mdinaradze keçirdiyi brifinqdə bildirib.

O deyib ki, təmsil etdiyi partiya dialoq və konsensusa alternativ görmür: “Bütün məsuliyyətli siyasətçilər dialoqa daxil olmağa, deeskalasiya və konsensus üçün optimal yol axtarıb tapmağa razı olmalıdır. Bu həm ictimaiyyətin gözləntisi, həm də beynəlxlaq tərəfdaşlarımızın tövsiyəsidir”.

Qeyd edək ki, Tbilisinin sabiq meri, müxalif Avropalı Gürcüstan Partiyasının liderlərindən biri Gigi Uqulavanın fevralın 10-da həbs olunmasından sonra ölkə müxalifəti hakim partiya ilə danışıqlardan imtina edib. Müxalifət G.Uqulavının həbsini siyasi təqib adlandıraraq ölkədə kütləvi etiraz aksiyaları elan edib./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA