Rəsmi Moskva Gürcüstanla danışıqların bərpası ilə bağlı şərt irəli sürdü

img

11-02-2020 [11:52]


“Gürcüstanla viza rejimin ləğvi məsələsi hazırda Moskva və Tbilisi arasındakı gündəlikdə yoxdur”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko “RİA Novosti”yə müsahibəsində deyib.

O, Rusiyanın bu məsələnin müzakirəsinə hazır olduğunu bildirib: “İkitərəfli münasibələrdə ötənilki böhranın neqativ nəticələrinin aradan qaldırılmasına nə zaman nail olunsa, biz bu məsələnin müzakirəsinə qayıtmağa hazır olacağıq”.

A.Rudenko Rusiya və Gürcüstan arasında aviauçuşların bərpası məsələsinə də münasibət bildirib. XİN rəsmisinin sözlərinə görə, bu barədə Tbilisidə rusofob kapmaniyanın dayandırılması və rusiyalıların təhlükəsizliyi üçün hər hansı bir təhdidin aradan qaldırılmasından sonra danışmaq mümkün olacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA