ABŞ İraqdakı 15 hərbi bazasını çıxarmağa başlayıb

img

10-02-2020 [15:43]


"ABŞ İraqdakı 15 hərbi bazadan hərbi hissələrini çıxarmağa başlayıb”.

TASS xəbər verir ki, bunu İraq parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Əli əl-Qənimi deyib.

Onun sözlərinə görə, amerikalılar mövcudluğunu iki böyük bazada – ölkənin şimalındakı Ərbil şəhəri yaxınlığındakı bazada və paytaxt Bağdadın 180 km qərbində yerləşən Ənbər vilayətindəki “Ayn əl-Əsəd” aviabazasında məhdudlaşdırmağa qərar veriblər: “Amma ölkə parlamenti və İraq xalqı Amerika qoşunlarının bütün bazalardan çıxmasını tələb edir”.

Hələlik ABŞ tərəfi İraqdakı 15 hərbi obyektdən çıxması ilə bağlı məsələyə münasibət bildirməyib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA