İtaliyada qatar relsdən çıxdı, ölən və yaralananlar var - FOTO

img

06-02-2020 [11:16]


İtaliyada yüksək sürətli qatar relsdən çıxaraq aşıb.

RİA “Novosti” xəbər verir ki, insident Milan və Boloniya şəhərləri arasındakı Lodi yaxınlığında baş verib.

Hadisə nəticəsində qatarın maşinisti ölüb, 2 nəfər ölüb, 30 nəfər yaralanıb. Yaralılardan 28-i yüngül xəsarət alıb, 2 nəfərdə isə orta dərəcəli xəsarətlər var.

İlkin məlumatlara görə, qatarın ilk iki vaqonu relsdən çıxaraq aşıb.

Səbəbləri hələ araşdırılan qəzadan sonra Milan-Boloniya ekspress yolu boyunca nəqliyyatın hərəkəti dayandırılıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA