"Koronavirusa qarşı tədbirlər səmərəsini verir" - Çin liderindən dünyaya mesaj

img

05-02-2020 [21:16]


Çində koronavirusla bağlı profilaktika və nəzarət tədbirləri müəyyən müsbət nəticələr verməyə başlayıb.

RİA “Novosti” xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpin Pekində səfərdə olan Kambocanın baş naziri Hun Senlə görüşü zamanı bildirib.

“Hazırda Çin hökuməti və xalqı yeni tip koronavirusun törətdiyi pnevmoniyanın yayılmasına qarşı əllərindən gələn hər şeyi edir. Öz xalqına və beynəlxalq birliyə qarşı məsuliyyət hiss edən Çin Kommunist Partiyası, hökumətimiz profilaktika və nəzarətlə bağlı ən ciddi tədbirlər görüblər”, - deyən dövlət başçısı görülən tədbirlərin artıq müsbət nəticələr verdiyini də diqqətə çatdırıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA