Palata sədri Prezidentin çıxış mətninin nüsxəsini çırdı - VİDEO

img

05-02-2020 [10:35]


ABŞ Konqresinin aşağı palatasının sədri Nensi Pelosi ölkə Prezident Donald Trampın konqresmenlər qarşısındakı nitqindən sonra onun çıxış mətninin nüsxəsi olan vərəqləri ortadan cırıb.

Reuters xəbər verir ki, videoda ABŞ prezidentinin çıxışını başa vurmasından sonra konqresmenlərin ayağa qalxdığı və onu alqışladığı, elə bu anda da N.Pelosinin çıxış mətninin nüsxəsinin olduğu vərəqləri cırdıqdan sonra onları masanın üzərinə atdığı aydın görünür.

Qeyd edək ki, fevralın 4-də D.Tramp konqresmenlər qarşısındakı illik çıxışını edərək ölkənin vəziyyəti haqqında fikirlərini çatdırıb. Tramp kürsüyə gələrkən ona əl uzadan Pelosinin əlini sıxmamışdı/Report.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA