Əsədə bağlı olan ordunun 76 hərbçisi öldürülüb - Nazir açıqladı

img

03-02-2020 [21:42]


Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın İdlib vilayətinə endirilən raket zərbələri nəticəsində Suriya prezidenti Bəşşar Əsədə məxsus ordu qüvvələrinin 76 hərbçisi zərərsizləşdirilib.

Bu barədə Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar məlumat verib.

Onun sözlərinə görə, 54 hədəfə zərbələr endirilib: “Müxtəlif mənbələrdən aldğımız məlumata görə, hazırda 76 suriyalı hərbçi zərərsizləşdirilib”.

Xatırladaq ki, ötən gecə Bəşşar Əsədə sadiq qüvvələrin hücumu nəticəsində Türkiyə ordusunun 6 əsgəri şəhid olub, 9 nəfər isə yaralanıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA