Gürcüstan müxalifəti qanunverici orqanları bloklamağa hazırlaşır

img

03-02-2020 [13:49]


Gürcüstan müxalifəti sabahdan etibarən demokratik seçki mühitinin formalaşdırılması tələbi ilə etiraz aksiyalarını bərpa edəcək.

Mia.az bu barədə parlamentin müxalif Vahid Milli Birlik Hərəkatı Partiyasından olan deputat Roman Qotsiridze bildirib.

Onun sözlərinə görə, parlament binası ilə yanaşı, prezident və hökumət administrasiyaları da bloklanacaq.

R.Qotsiridze aksiyaların bölgələrdə də keçiriləcəyini deyib.

Qeyd edək ki, müxalifətin sabahkı aksiyası parlament binasının qarşısına təyin olunub. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA