Rusiya və NATO generalları yenə Bakıda görüşəcək

img

02-02-2020 [18:19]


Fevralın 6-7-də Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimovun NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Tod Uolterslə danışıqlarının keçirilməsi planlaşdırılır.

Bu barədə diplomatik mənbə RİA “Novosti”yə bildirib.

"Qarşıdakı həftədə, təxminən 6-7 fevralda, Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi, müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimovun NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin komandanı, Amerika generalı Tod Uolterslə danışıqları planlaşdırılır. Gündəliyi yalnız tərəflər bilir. Bakı ənənəvi görüş yeridir", - mənbə agentliyə bildirib.

Qeyd edək ki, Bakıda Rusiya - NATO formatında əvvəlki görüş noyabrın 26-da olub/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA