"Səni qiyabi olaraq çoxdan tanıyıram, MKİ-nin rəhbəri olanda..." - Pompeo Lukaşenko ilə görüşdü, Rusiyaya mesaj verildi
01-02-2020 [17:52]
Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Maykl Pompeonun Belarusa səfəri başlayıb.
TASS-ın verdiyi xəbərə görə, M. Pompeo Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.
Lukaşenko iki ölkə arasında uzunmüddətli anlaşmazlıqdan sonra Minskə səfər etdiyinə görə dövlət katibinə təşəkkür edib. Prezident Pompeonu qiyabi olaraq çoxdan tanıdığını, onun hələ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri olduğu zaman Belarus xüsusi xidmət orqanları ilə əməkdaş etməsinə toxunub.
Dövlət katibi isə ölkəsinin Belarusun beynəlxalq terrorizmlə mübarizəsini yüksək qiymətləndirdiyini deyib: “Bəli, biz terrorizmlə mübarizə zamanı birlikdə çalışmışıq. Bundan sonra da münasibətlərimizi bu istiqamətdə inkişaf etdirə bilərik”.
Görüş zamanı Pompeo ABŞ hökumətinin Belarus qarşısında Moskva və Vaşinqton arasında seçim qoymayacağını vurğulayıb: “Biz sizin Rusiya ilə uzunmüddətli münasibətlərinizin olduğunu bilirik. Buna görə də ABŞ və Rusiya arasında seçimdən bəhs etmirik”.
O, Belarusun suverenliyi və müstəqilliyi naminə Minsklə əməkdaşlıq etməyə hazır olduqlarını da bildirib.
Dövlət katibi Belarusda insan haqlarının vəziyyəti ilə bağlı ABŞ-ın narahatlıq keçirdiyini və bu sahədə inkişafa ümid etdiyini də diqqətə çatdırıb.
Pompeo ABŞ-ın yaxın vaxtlarda Belarusa səfir təyin edəcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, Belarus öz səfirini 2008-ci ildə Vaşinqtondan geri çağırıb. Buna səbəb ABŞ-ın bir sıra Belarus şirkətinə sanksiya tətbiq etməsi olub. Bundan sonra ABŞ diplomatik missiyasının rəhbəri Karen Stüart da Minski tərk edib.
Onu da əlavə edək ki, bu, belə yüksək səviyyədə son 25 ildə ABŞ Administrasiyasından Belarusa edilmiş ilk səfərdir/APA.
Türkiyə MN: "S-400-lər bizimdir, iddialar əsassızdır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Oleq Bakinskiyə "yox" deyildi
Xalq artisti Sərdar Fərəcov evə buraxılıb
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
PREZİDENT ONU TƏLTİF ETDİ - FOTO
İngilislər Arda Gülər üçşün 150 milyon təklif edib? - İspaniya mediasından şok iddia
"Bunu qəbul edən həmin kütlə mənə lazım deyil"
Rektor generalın həyat yoldaşını yeni vəzifəyə təyin edib - FOTO
Beyləqanda ər arvadını bıçaqlayıb
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
Ukrayna ilə Böyük Britaniya ilə "100 illik tərəfdaşlıq” sazişi qüvvəyə mindi: "Bu, bizim ittifaq gücümüzü ikiqat artırır”
Türkiyə Liviya vətəndaşları üçün vizanı sadələşdirib
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
Əli Əsədov Qırğızıstan prezidenti ilə görüşdə iştirak edib
Qəzzada daha 79 nəfər ölüb - 288 nəfər isə yaralanıb
Zaur Axundov "Silk Vey Vest"dən nə qədər qazanır? - Hesabat
16 yaşlı Ceyhun Nəcəfova hökm oxundu - Sinif yoldaşını öldürüb!
Onlar bu komitə yanında İctimai Şura üzvü seçildilər - SİYAHI
Zakir Həsənov Çinə gedib
AFFA bəzi klubları və futbolçuları cəzalandırıb
Sabah yağış yağacaq - Proqnoz
Prezident İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Nələr müzakirə olunub?
Müəllim MÜTDA rəhbərini ələ saldı: "Cənab Eşqi Bağırov,odun peçinə uzbe qoşsaq, printer işləyər? - "Nazirimiz problemlərdən elə danışır, elə bil..."
Türkiyədə yeni nazirlik yaradılır
Türkiyəli aktyor xəstəxanadan çıxdı - FOTO
Əli Əsədov Qırğızıstana gedib
Milli Məclisdə dinləmə keçiriləcək
"Harda yazılıb ki, xanəndə botoks etdirə bilməz?" - "Qarayaxma kampaniyaları aparan və həmin yazıları yazdıran adamlar..."
“Əsrlərin sədasında xalça sehri” sərgisi açılıb
Rusiyada azərbaycanlı iş adamı kimin qəzəbinə tuş gəlib? - Nəsimi Məmmədov həbs etmək istəyirlər
Türkiyədə İŞİD-ə qarşı növbəti əməliyyat: 51 şübhəli tutulub
Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub - FOTO
ChatGPT-də yeni qadağalar olacaq
Çempionlar Liqası: bu gecə daha 6 oyun olacaq