Makron ermənilərlə bir arada: "Fransa Qarabağ münaqişəsi ilə danışıqlarının zəmanətçilər sırasındadır"

img

30-01-2020 [14:49]


"Fransa Dağlıq Qarabağ münaqişəsinə dair sülh danışıqlarının davam etdirilməsində başlıca zəmanətçilər sırasındadır".

Bu barədə Fransa Prezidenti Emmanuel Makron Fransa Erməni Təşkilatları Əlaqələndirmə Şurasının (CCAF) illik qala ziyafəti zamanı bildirib.

“Dağlıq Qarabağ münaqişəsinin həllində Fransa ATƏT-in Minsk qrupunun həmsədri qismində vəzifəsini icra etməklə sülh danışıqlarının davam etdirilməsində əsas zəmanətçilərdən biridir”, - o deyib.

Dövlət başçısı həm Ermənistan baş naziri, həm də Azərbaycan Prezidenti ilə təmasda olduğunu qeyd edərək, tərəflər arasında mövcud sürətli əlaqələrin gərginliyi azaltmaq baxımından mühüm amil olduğunu diqqətə çatdırıb.

“Dağlıq Qarabağı münaqişəsinin həll olunmaması Avropada təhlükəsizlik və etimad sisteminin bərqərar edilməsi yolunda əngəldir”, - E.Makron xüsusi vurğulayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA