Maşın bir ailənin 4 üzvünü vurdu... - Abşeronda

img

04-01-2020 [23:13]


Abşeronda bir ailənin 4 üzvünün xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Fatmayı qəsəbəsində qeydə alınıb.

“Daewoo Nexia” markalı avtomobil yolu keçən 38 yaşlı Əliyev Zamin Əjdər oğlunu, onun həyat yoldaşı 36 yaşlı Əliyeva Şamama Heydər qızını, övladları - 12 yaşlı Əliyev Elcan Zamin oğlunu və 11 yaşlı Əliyeva Aytən Zamin qızını vurub. Nəticədə ailə üzvləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili yardımın köməyi ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar. A.Əliyevanın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 07.12.2025

Sabah yağış yağacaq

13:52 06.12.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA