Azərbaycanda 300 milyon manatlıq notlar dövriyyə buraxıldı

img

28-03-2022 [13:23]


Bu gün "Bakı Fond Birjası" QSC-də Azərbaycan Mərkəzi Bankının (AMB) 50101296S ISIN kodlu, 300 milyon manatlıq, 23 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Mia.az Fonda istinadla xəbər verir ki, hərraca 17 investor (yerli bank) qiyməti 99,6019 (6,26%), ümumi məbləği isə 1 617,741 milyon manat olan 27 sifariş təqdim edib. Bununla da, yerləşdirmə tam baş tutub.

AMB-nin qərarına əsasən, notların kəsmə və orta ölçülmüş qiyməti 99,6019 (6,26%) müəyyən olunub.

Notların ödəmə tarixi 20 aprel 2022-ci ildir.


Digər xəbərlər
SON XƏBƏRLƏR