AZƏRBAYCAN - AVROPA İTTİFAQI SAZİŞİ: "Bizə kəmiyyət və vaxt məhdudiyyətləri deyil, keyfiyyət önəmlidir"
30-12-2019 [14:21]
"Azərbayanla Avropa İttifaqı (Aİ) bərabərhüquqlu, qarşılıqlı hörmət və etimada əsaslanan tərəfdaşlıq münasibətlərini bölüşürlər".
Bunu Xarici İşlər naziri Elmar Məmmədyarov 2019-cu ilin yekunlarına dair "Report" və bir neçə KİV-in suallarını cavablandırarkən deyib.
"Aİ rəsmilərinin çoxsaylı bəyanatlarında, eləcə də Avropa Parlamentinin qəbul etdiyi qətnamələrdə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstək ifadə olunur və Azərbaycan İttifaqın etibarlı və mühüm tərəfdaşı kimi qiymətləndirilir.
Məlum olduğu kimi, Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında Saziş 1999-cu ildə qüvvəyə minmiş və son 20 il ərzində Azərbaycanda bir çox dəyişikliklər baş vermiş, Azərbaycan regionda və dünyada vacib geosiyasi oyunçulardan birinə çevrilmiş; ölkəmiz bir sıra dünya və regional səviyyəli əhəmiyyətli nəqliyyat, enerji, mədəni və siyasi layihələrin təşəbbüskarı və icraçısı olmuşdur. Vətəndaşların sosial rifahının yüksəldilməsi, ədliyyə, sosial və dövlət idarəçiliyi sahəsində uğurlu islahatlar aparılır. Azərbaycan hazırda böldəgə iqtisadi layihlərin həyata keçirilməsi üçün ən iri investorlardan birinə çevrilmiş və Şərq Tərəfdaşlığı ölkələri arasında Aİ-yə ən çox sərmaya qoymuş ölkəyə çevrilmişdir. Ölkəmiz Avropanın iqtisadi böhran içində boğulduğu zaman “Cənubi Qaz Dəhlizi” layihəsi vasitəsilə yalnız Yunanıstanda beş min yeni iş yerinin yaranmasına dəstək vermiş, 15 mlrd. avro miqdarında Avropaya sərmaya qoymuşdur. 2020-ci ilin ilk yarısında Avropanın enerji təhlükəsizliyində vacib rol oynayan “TAP” layihəsi vasitəsilə Avropaya ilk Azərbaycan qazının nəgl edilməsi nəzərdə tutulmuşdur. Ölkəmiz 1990-cı illərdə Aİ-nin yatırımına ehtiyac olan diyardan hazırda Avropanın inkişafına real dəstək verən dövlətə cevrilmişdir. Bir sözlə, Azərbaycan Aİ ilə münasibətlərdə keyfiyyətcə yeni vəziyyət yaranmışdır.
Məhz bu səbəblərə görə Azərbaycan Aİ ilə münasibətlərin inkişaf etidirilməsi və genişləndirilməsi üçün xüsusi, bərabərlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan yol seçmiş, “Strateji tərəfdaşlıg Saziş” layihəsi üzrə danışıqların aparılmasını təklif etmiş və Brüssel bu təklifi qəbul etdi. Beləliklə, siyasi və iqtisadi münasibətlərin Tərəflər arasında əməkdaşlıq çərçivəsinin genişlənməsi, enerji sahəsində strateji səviyyədə tərəfdaşlığın həyata keçirilməsi, həmçinin artıq 9 Aİ üzv dövləti ilə strateji mahiyyətli sənədlərin imzalanması yeni və hərtərəfli sazişin işlənib hazırlanması ehtiyacını labüd etdi. 2017 cı ilin fevral ayından Azərbaycan tərəfi təqdim etdiyi layihəyə əsasən Aİ ilə yeni sənəd üzrə danışıqlara başlandı.
Üç ildən az müddət ərzində böyük həcmli layihə üzrə çoxsaylı danışıqlar raundu keçirilmiş, sənədin əksər hissəsi razılaşdırılmışdır. Tərəflər danışıqların yekunlaşması və sənədin paraflanması və imzalanması ilə bağlı heç vaxt hər hansı tarix məhdudiyyətlərini nəzərdə tutmamışlar. Bizim üçün danışıqlarda kəmiyyət və vaxt məhdudiyyətləri deyil, keyfiyyət önəmlidir. Şablon yanaşmadan uzaq, reallıqlara söykənən və hər iki tərəfi qane edən yanaşma müsbət nəticənin əldə olunmasında mühüm amillərdən biridir. Azərbaycan tərəfi Avropa Komissiyasının yeni rəhbər heyəti ilə bu istiqamətdə işləməyə davam edəcəkdir. Azərbaycan keyfiyyətli sazişin tərəfdarıdır və onun ölkəmizin milli mənafelərinə uyğun olması mütləqdir", - XİN başçısı vurğulayıb/rEPORT.
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
YAP-ın rayon təşkilatının keçmiş sədri hakim qarşısında - Şahidlər ifadə verdi, vəsatət rədd edildi
“Arash Estetik” klinikası cərmələndi - Səbəb
Sabah yağış yağacaq
Rəsul Çunayev vəzifəyə təyin olunub
Türkiyədə pişiyi öldürən sürücüyə maraqlı cəza verildi - Bir ay...
Prokurorluğa yeni səlahiyyəti verilir
Uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişir
MƏNBƏNİN AÇIQLANMASI - "Media haqqında" qanuna dəyişiklik olacaq
İordan çayının Qərb Sahilində gərginlik yaranıb
Kəndlər niyə boşalır? - SÜJET
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
FHN-də daha bir təyinat olub
AHİK-də daha bir maraqlı dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi
Mehdiabaddan "28 May"a tramvay açılır
Xırdalanda tıxac.. - Yeni yeraltı tunel açılacaq
ALİ MƏHKƏMƏ DAHA BİR İŞ ÜZRƏ VAHİD QƏRAR QƏBUL ETDİ
"Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir - VİDEO
Ukrayna Rusiyanın daha bir neft bazasını vurub
Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç olub
43 yaşlı Samiq Abuşov 20 kq narkotiklə saxlanılıb
Azərbaycan neftinin qiyməti 70 dollara çatır
Daha bir nəfər dəm qazından ölüb
“Qarabağ” Liperpula kimə hədiyyə aparıb? - Klub üzvləri “Duty Free”dən bol bazarlıq etdi (VİDEO)
TRAMP İRAQI HƏDƏLƏDİ: "Əgər onu Baş nazir seçsəniz..."
Ərdoğanla Tramp telefonda danışdı - Nələr müzakirə olunub?
BMT-dən Fars körfəzindəki gərginliyə reaksiya: "Çox narahatıq"
"AVROPA OYANDI" - Almaniya kansleri ABŞ-a belə mesaj verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Özümüzü "Liverpul"la oyuna kökləməliyik" - Qurban Qurbanov
İsrail təyyarəsi Suriyanın əkin sahələrinə naməlum maddə səpib - Test nümunələri götürülüb
Türkiyə ilə Nigeriya arasında doqquz yeni sənəd imzalandı - SİYAHI
Ali Məclisin Aparat rəhbəri vəzifədən azad edilib
"Beşiktaş"ın futbolçusuna ağır itki üz verdi - Atası qəzada öldü
Nigeriya prezidenti Ankarada qarşılanma mərasimində yıxıldı - Hadisə anının VİDEOSU
Azərbaycanla Errmənistan arasında yeni razılaşma olub - Mayeləşdirilmiş qaz və bitumla bağlı
"Qalatasaray"ın həbsdə olan keçmiş vitse-prezidentinn obyektinə silahlı hücum olub - Gecə yarısı
Əli Əsədov hökumət üzvlərini topladı: iclas keçirildi - FOTO
PA-nın vəzifəli şəxslərinin qəbul günü açıqlandı - CƏDVƏL
Şəki Olimpiya Kompleksində ciddi səhvlərə yol verilib - FOTO
Fəhlə daş karxanasında faciəli şəkildə ölüb