"HEÇ BİR MÜQAVİMƏTDƏN SÖHBƏT GEDƏ BİLMƏZ" - YAP-dan siyahı ilə bağlı "Gəlin, tələsməyək" mesajı + MÜSAHİBƏ
26-12-2019 [21:25]
Hakim Yeni Azərbaycan partiyasının növbədənkənar parlament seçkiləri üçün namizəd siyahısını hələ də açıqlamaması cəmiyyətdə ciddi müzakirələrə yol açıb. Xüsusilə, dekabrın 25-də siyahının açıqlanacağı xəbəri yayılsa da, sonradan təsdiqini tapmadı.
Mia.az xəbər verir ki, AYNA mövzu üzrə YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə ilə həmsöhbət olub.
- Aydın müəllim, dünən hakim partiyanın siyahısının açıqlanacağı gözlənilirdi. Lakin nədənsə bu hadisə baş vermədi. Yayılan məlumatlara görə, dünən partiya toplantısı keçirilib, qızğın müzakirələr aparılıb. Hazırda vəziyyət nə yerdədir?
- Yaxın günlərdə parlamanet seçkilərinə dair partiyanın namizədlərinin siyahısı açıqlanacaq. Bununla bağlı heç bir problem yoxdur və partiyanın irəli sürdüyü namizədlərin böyük bir qismi cəmiyyətdə, müəyyən bir qismi isə partiya daxilində tanınan və gələcəklərinə ümid bəslədiyimiz insanlardır. Bu baxımdan, YAP-ın siyahısının cəmiyyətdə böyük maraq doğuracağını ümid edirik.
- Digər siyasi partiyalar və ictimaiyyət YAP-ın siyahısını səbrsizliklə gözləyir. Və suallar yaranır ki, hakim partiyanın namizədlər siyahısı niyə gecikir?
- Əslində, heç bir gecikmə yoxdur. Seçki Məcəlləsi çərçivəsində hər bir partiya öz gedişatını özü müəyyənləşdirir. YAP lazım bildiyi zamanda öz namizədlərini açıqlayacaq.
O ki, qaldı ictimaiyyət və bizə rəqib olan siyasi partiyaların siyahımızı gözləməsinə, bu, onu göstərir ki, YAP bütün ölkə ictimaiyyəti arasında böyük nüfuza malikdir. YAP ümümxalq partiyasına çevrilib və partiya öz fəaliyyəti ilə böyük nüfuz qazana bilib. YAP özünü həmişə sıradan bir partiya kimi aparıb. Yəni digər partiyalara nə məqbuldursa, biz də onu özümüzə məqbul hesab etmişik. Partiyanın sədri, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı daxili və xarici siyasəti hər zaman dəstəkləmişik. Prinsip etibarilə cəmiyyət alternativ qüvvəni o vaxt axtarır ki, hakim partiyanın fəaliyyətini öz həyatında dəyişiklik kimi görə bilmir. Lakin biz hər şeyin ideal olduğunu, heç bir problem olmadığını və hər kəsin bizi sevdiyini iddia etmirik. Çünki bizimlə razılaşmayan, əks fikirdə olan, problemi olub həll edə bilməyən insanlar da var. Biz bütün bunları reallıqla qəbul edir və onların problemlərini həll etməyə çalışırıq. Buna isə də dərəcədə nail olduğumuzu seçkilər göstərir.
- YAP daxilində kifayət qədər nüfuzlu insanlar var. Gəncləşmə və yenilənmə təşəbbüsü ortaya çıxandan sonra (siyahının gecikməsi də bu iddiaları gücləndirir) cəmiyyətdə belə fikirlər dolaşır ki, YAP-ın oturuşmuş simaları, həmin o söz sahibi olan insanlar gəncləşmə siyasətinə qarşı çıxır və ciddi müqavimət göstərirlər. Bu fikirlər həqiqəti əks etdirir?
- Bu iddianın heç bir əsası yoxdur. YAP əqidə partiyasıdır. Həmin insanlar Yeni Azərbaycan Partiyasına Heydər Əliyev ideyasına hörmət edərək gəliblər. Bu gün isə həmin siyasi kursu indiki Prezidentimiz, partiyamızın sədri İlham Əliyev davam etdirir. Buna görə də, heç bir müqavimətdən söhbət gedə bilməz. Əksinə, biz gəncləşməni özümüz təbliğ edirik və bu işdə maraqlıyıq. Bu il YAP Gənclər Birliyinin konfransı keçirildi. Partiyaya çoxlu sayda istedadlı gənclər üzv seçildi. Bu gənclər gələcəkdə YAP rayon təşkilatlarının sədrləri, hökumət üzvləri, parlamentin deputatları olacaqlar. Ən azından ləyaqətli vətəndaşlardır.
Bu baxımdan, partiyamız parlamentdə çoxluğu olan bir partiya kimi öz məsuliyyətini dərk edib, cəmiyyətin inkişafı üçün yeni ideyalar gətirməkdə davam edir. Yeniləşmə texnologiyasını cəmiyyətə gətirməyə, dünyaya daha çox inteqarsiya olunmağa, eyni zamanda milli dəyərləmizi qorumağa çalışırıq. Partiyamız daim gənclərə diqqət edir və bütün təbəqələrlə işləyir. Təqdim edəcəyimiz siyahıda da cəmiyyətin gözləntilərinin öz əksini tapacağına heç bir şübhəmiz yoxdur.
- Söhbətimizin əvvəlində bildirdiniz ki, siyahıya düşəcək şəxslərin böyük əksəriyyəti cəmiyyətdə, müəyyən bir qismi isə partiya daxilində tanınmış simalardır. Buradan belə bir nəticəyə gəlmək olarmı ki, YAP-ın siyahısının böyük əksəriyyətini, yenə də əvvəlki simalar təşkil edəcək?
- Xeyr, elə deyil! Məgər, YAP cəmiyyətdə ancaq yaşlı üzvləri ilə tanınır? Bizim müxtəlif sahələrdə çalışan çoxlu sayda gənc üzvlərimiz var. Onların sayı parlamentdə də az deyil və bu seçkidə daha da çox olacağı gözlənilir. İkinci, üçüncü idarəetmə həlqəsində olan, zamanla televiziyalarda, mətbuatda çıxış edən, müxtəlif məsələlər üzrə maraqlı faktlar irəli sürən istedadlı nümayəndələrimiz var. Onlar YAP funksioneri kimi tanınmasalar da, cəmiyyət onları tanıyır. Ona görə də hesab edirik ki, bir tərəfdən cəmiyyətdə tanınan, digər tərəfdən isə cəmiyyətin tanımadığı, lakin partiyanın tandığı şəxsləri önə sürək. Bu baxımdan, bizim siyahımız çox maraqlı olacaq. Cəmiyyət bu gün üzdə olan, gənc, istedadlı, dövlət maraqlarını üstün tutan çoxsayda insan tanıyır. Amma xəbərləri yoxdur ki, onlar Yeni Azərbaycan Partiyasının üzvləridir. Lakin biz də bunu qabartmırıq. Çünki bizim üçün onların YAP üzvü olmalarından daha çox, öz vəzifələrini yüksək səviyyədə yerinə yetirmələridir.
- Belə bir iddialar da səslənir ki, bəzi sabiq məmurların adlarını da YAP-ın budəfəki namizədlər siyahısında görə biləcəyik. Partiyanın belə bir qərarı var?
- Gəlin, tələsməyək! Bir neçə günə cəmiyyət YAP-ın siyahısı ilə tanış olacaq və bütün suallara aydınlıq gətiriləcək.
- “Bir neçə gün” dedinizsə, deməli, bu həftə də siyahı açıqlanmayacaq?
- Tələsməyək, partiyanın siyahısı zamanında açıqlanacaq.
MİA.AZ
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
YAP-ın rayon təşkilatının keçmiş sədri hakim qarşısında - Şahidlər ifadə verdi, vəsatət rədd edildi
“Arash Estetik” klinikası cərmələndi - Səbəb
Sabah yağış yağacaq
Rəsul Çunayev vəzifəyə təyin olunub
Türkiyədə pişiyi öldürən sürücüyə maraqlı cəza verildi - Bir ay...
Prokurorluğa yeni səlahiyyəti verilir
Uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişir
MƏNBƏNİN AÇIQLANMASI - "Media haqqında" qanuna dəyişiklik olacaq
İordan çayının Qərb Sahilində gərginlik yaranıb
Kəndlər niyə boşalır? - SÜJET
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
FHN-də daha bir təyinat olub
AHİK-də daha bir maraqlı dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi
Mehdiabaddan "28 May"a tramvay açılır
Xırdalanda tıxac.. - Yeni yeraltı tunel açılacaq
ALİ MƏHKƏMƏ DAHA BİR İŞ ÜZRƏ VAHİD QƏRAR QƏBUL ETDİ
"Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir - VİDEO
Ukrayna Rusiyanın daha bir neft bazasını vurub
Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç olub
43 yaşlı Samiq Abuşov 20 kq narkotiklə saxlanılıb
Azərbaycan neftinin qiyməti 70 dollara çatır
Daha bir nəfər dəm qazından ölüb
“Qarabağ” Liperpula kimə hədiyyə aparıb? - Klub üzvləri “Duty Free”dən bol bazarlıq etdi (VİDEO)
TRAMP İRAQI HƏDƏLƏDİ: "Əgər onu Baş nazir seçsəniz..."
Ərdoğanla Tramp telefonda danışdı - Nələr müzakirə olunub?
BMT-dən Fars körfəzindəki gərginliyə reaksiya: "Çox narahatıq"
"AVROPA OYANDI" - Almaniya kansleri ABŞ-a belə mesaj verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Özümüzü "Liverpul"la oyuna kökləməliyik" - Qurban Qurbanov
İsrail təyyarəsi Suriyanın əkin sahələrinə naməlum maddə səpib - Test nümunələri götürülüb
Türkiyə ilə Nigeriya arasında doqquz yeni sənəd imzalandı - SİYAHI
Ali Məclisin Aparat rəhbəri vəzifədən azad edilib
"Beşiktaş"ın futbolçusuna ağır itki üz verdi - Atası qəzada öldü
Nigeriya prezidenti Ankarada qarşılanma mərasimində yıxıldı - Hadisə anının VİDEOSU
Azərbaycanla Errmənistan arasında yeni razılaşma olub - Mayeləşdirilmiş qaz və bitumla bağlı
"Qalatasaray"ın həbsdə olan keçmiş vitse-prezidentinn obyektinə silahlı hücum olub - Gecə yarısı
Əli Əsədov hökumət üzvlərini topladı: iclas keçirildi - FOTO
PA-nın vəzifəli şəxslərinin qəbul günü açıqlandı - CƏDVƏL
Şəki Olimpiya Kompleksində ciddi səhvlərə yol verilib - FOTO
Fəhlə daş karxanasında faciəli şəkildə ölüb