Eldar İbrahimov, Fəttah Heydərov, Arif Rəhimzadə, Misir Mərdanov... - YAP siyahını "köhnə qvardiya"ya görə açıqlamır?
26-12-2019 [15:32]
Hazırda ölkədə bütün diqqətlər 9 fevral 2020-ci il tarixdə keçiriləcək növbədənkənar parlament seçkilərinə yönəlib.
Seçkidə kimləri hansı dairədən namizədliyini irəli sürəcəyi, kimlərin rəqib olacağı, kimlərin seçkilərə qatılmayacağı kimi mövzular həm medianı, həm də ictimaiyyətin əsas müzakirə mövzusudur. Parlamentin yeni tərkibinin necə olacağı, kimlərdən formalaşa biləcəyinə dair müxtəlif fikirlər səslənir, təhlilər verilir.
Ancaq hakim Yeni Azərbaycan Partiyasınının (YAP) millət vəkili görmək istədiyi şəxslərin siyahısı hələ də məlum olmadığından, bu təhlilləri daha təkmil aparmaq mümkün olmur.
Növbədənkənar seçkilərlə əlaqədar deputatlığa namizədlərin irəli sürülməsi prosesinə 18 gündür ki, start verilməsinə baxmayaraq, nə qədər qəribə də olsa, YAP hələ də siyahısını açıqlamayıb.
Ölkədə seçki prosesi ilə maraqlanan hər kəs, xüsusən də ictimai-siyasi fəaliyyətlə məşğul olanlar iki həftədən çoxdur YAP-ın namizədlər siyahısını açıqlamasını gözləsələr də, proses ləngiyir.
Əvvəlcə məlumat yayılmışdı ki, hakim partiya dekabrın 15-də siyahını açıqlaya bilər. Dekabrın 15-dən sonra isə YAP-ın namizədlər siyahısının bu gün – dekabrın 25-də açıqlanacağı bildirildi. Hətta günün birinci yarısı bu axşam YAP-ın İdarə Heyətinin iclasının keçirilərək, namizədlər siyahısının ictimaiyyətə elan ediləcəyi bildirilirdi.
Ancaq yenə də gözləntilər özünü doğrultmadı. YAP rəsmilərinin açıqlamalarından belə məlum olur ki, onlar özləri də siyahının nə vaxt açıqlanacağından xəbərsizdirlər. Daha doğrusu, YAP-ın bir siyahısının olub-olmadığını belə söyləməkdə çətinlik çəkirlər.
Mia.az xəbər verir ki, “AzPolitika.info”-ya daxil olan məlumata görə, YAP-ın siyahısının açıqlanmasının gecikməsinin səbəbi hakim partiyanın vahid namizədlər siyahısını müəyyənləşdirməkdə çətinlik çəkməsidir. Daha dəqiqi, siyahı ilə bağlı YAP-da ikitirəliyin yaranmasıdır.
Hakim partiyanın rəhbərliyindəki “köhnə qvardiya”nın köhnə tərkibdən olan, eləcə də vəzifədən çıxarılmış bəzi YAP-çıların israrla namizədlər siyahısına salınması və onlara mandat verilməsini istəmələri mürəkkəb vəziyyət yaradıb.
Sayta verilən məlumata görə, “köhnə qvardiya” hazırkı deputalar Eldar İbrahimovun, Fəttah Heydərovun, Arif Rəhimzadənin və başqalarının, eləcədə vəzifəsindən azad edilmiş bəzi sabiq yüksək rütbəli məmurların, məsələn, Misir Mərdanovun YAP-ın siyahısına salınmasında israr edir.
Ancaq parlamentdə yeni simaları, yeni təfəkkürlü gəncləri görmək istəyən partiyanın rəhbərliyindəki mütərəqqi fikir daşıyıcıları bununla razılaşmırlar. Onlar da YAP-ın sıyahısının əhəmiyyətli dərəcədə dəyişməsində israr edirlər.
Hələlik, heç bir tərəf öz mövqeyindən geri çəkilmədiyindən, YAP-ın vahid namizədlər siyahısının elan olunması da ləngiyir. Hətta mümkündür ki, siyahının elan olunması gələn ilə qalsın – yeni ildən sonraya.
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
YAP-ın rayon təşkilatının keçmiş sədri hakim qarşısında - Şahidlər ifadə verdi, vəsatət rədd edildi
“Arash Estetik” klinikası cərmələndi - Səbəb
Sabah yağış yağacaq
Rəsul Çunayev vəzifəyə təyin olunub
Türkiyədə pişiyi öldürən sürücüyə maraqlı cəza verildi - Bir ay...
Prokurorluğa yeni səlahiyyəti verilir
Uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişir
MƏNBƏNİN AÇIQLANMASI - "Media haqqında" qanuna dəyişiklik olacaq
İordan çayının Qərb Sahilində gərginlik yaranıb
Kəndlər niyə boşalır? - SÜJET
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
FHN-də daha bir təyinat olub
AHİK-də daha bir maraqlı dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi
Mehdiabaddan "28 May"a tramvay açılır
Xırdalanda tıxac.. - Yeni yeraltı tunel açılacaq
ALİ MƏHKƏMƏ DAHA BİR İŞ ÜZRƏ VAHİD QƏRAR QƏBUL ETDİ
"Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir - VİDEO
Ukrayna Rusiyanın daha bir neft bazasını vurub
Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç olub
43 yaşlı Samiq Abuşov 20 kq narkotiklə saxlanılıb
Azərbaycan neftinin qiyməti 70 dollara çatır
Daha bir nəfər dəm qazından ölüb
“Qarabağ” Liperpula kimə hədiyyə aparıb? - Klub üzvləri “Duty Free”dən bol bazarlıq etdi (VİDEO)
TRAMP İRAQI HƏDƏLƏDİ: "Əgər onu Baş nazir seçsəniz..."
Ərdoğanla Tramp telefonda danışdı - Nələr müzakirə olunub?
BMT-dən Fars körfəzindəki gərginliyə reaksiya: "Çox narahatıq"
"AVROPA OYANDI" - Almaniya kansleri ABŞ-a belə mesaj verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Özümüzü "Liverpul"la oyuna kökləməliyik" - Qurban Qurbanov
İsrail təyyarəsi Suriyanın əkin sahələrinə naməlum maddə səpib - Test nümunələri götürülüb
Türkiyə ilə Nigeriya arasında doqquz yeni sənəd imzalandı - SİYAHI
Ali Məclisin Aparat rəhbəri vəzifədən azad edilib
"Beşiktaş"ın futbolçusuna ağır itki üz verdi - Atası qəzada öldü
Nigeriya prezidenti Ankarada qarşılanma mərasimində yıxıldı - Hadisə anının VİDEOSU
Azərbaycanla Errmənistan arasında yeni razılaşma olub - Mayeləşdirilmiş qaz və bitumla bağlı
"Qalatasaray"ın həbsdə olan keçmiş vitse-prezidentinn obyektinə silahlı hücum olub - Gecə yarısı
Əli Əsədov hökumət üzvlərini topladı: iclas keçirildi - FOTO
PA-nın vəzifəli şəxslərinin qəbul günü açıqlandı - CƏDVƏL
Şəki Olimpiya Kompleksində ciddi səhvlərə yol verilib - FOTO
Fəhlə daş karxanasında faciəli şəkildə ölüb