İQBAL AĞAZADƏDƏN RAUF ARİFOĞLUNA "KİŞİLİK DƏRSİ": "Mən sənin etdiyini etməzdim..."
23-12-2019 [10:46]
“35 saylı Xətai 3 - cü seçki dairəsindən Rauf Arifoğlunun namizədliyini irəli sürməsi çoxlarınızda emosiya və aşırı təpki yaradıb. Hamınızı anlamağa çalışıram, reaksiyalarınıza və düşüncələrinizə hörmətlə yanaşıram”.
Mia.az xəbər verir ki, bunu Ümid Partiyasının sədri İqbal Ağazadə sosial şəbəkədə onu müdafiə edən şəxslərə müraciətlə yazıb. O, bildirib ki, bizim mücadilə və mübarizəmiz dəyərlər və qanunlar üçündür.
“Biz bu ölkədə dəyərlərin və hüququn aliliyi naminə hər şeyimizdən keçməyə hazırıq. Hüquq Rauf bəyə haqq verir ki, istənilən dairədən namizədliyini irəli sürüb mübarizə aparsın. Passiv seçki hüququndan istifadə etməyə kimsəyə qadağa qoymağa nə mənim, nə də sizin haqqınız yoxdur.
Təəssüf edirəm ki, həm sizlər, həm də Rauf bəyi müdafiə edənlər ifrata vararaq bir - birinizi kiçiltməyə çalışırsınız. Etməyin.
Əziz partiyadaşlar, dostlar.
Biz seçicidən səs almaq istəyirik. Və əminəm ki, alacağıq. Bunu hər kəs bilir, şübhə edənlər də həm təbliğat, həm də səsvermə günü bir daha şahid olacaqlar. Mən heç vaxt başqa dairədən namizədliyimi verməmişəm. Haqqım tanınanda da, tanınmayanda da bu dairənin seçicilərinə üz tutmuşam. Ənənəmə bu dəfə də sadiq qaldım.
Rauf bəylə şəxsi münasibətlərimizdən dolayı sizlər onun namizədliyini bu dairədən verməsinə aqressiv yanaşır, mənim heç zaman o namizəd olduğu dairədən iddia ortalığa qoymayacağımı bildiyiniz üçün emosional davranırsınız. Doğrudur, mən heç vaxt Rauf bəyin dairəsindən - həm də həmişə iddialı olduğu, onun daima ordan namizədliyini verdiyini bildiyim dairədən - namizədliyimi verməzdim. Bu, mənim prinsiplərimdir. Ona görə yox ki, kiməsə uduza biləcəyimi güman edirəm, əsla. Sadəcə dəyərlərə sayğımın ifadəsi belədir.
Lakin mən beləyəmsə, hamını mənim kimi olmağa da məcbur etməyə nə mənim, nə də sizin haqqınız yoxdur. Mən bütün iddialıları bu dairəyə dəvət edirəm, gəlsinlər namizəd olsunlar, yarışsınlar. Seçici səsi almaq üçün mübarizə aparsınlar.
Lakin Araz Əlizadəyə oxşamasınlar. Uduzanda kişi kimi etiraf etsinlər, xalqın səsinə haram qatmasınlar, hətta uduzanda mandatı onlara verən tapılsa belə imtina etməyə vicdanları olsun.
Namizəd olan hər kəsə, o cümlədən Rauf bəyə uğurlar arzulayıram. Həmişəki kimi dəstək ola bilməyəcəyəm, əziz Rauf bəy. Lakin seçki texnologiyalarını bilən adam kimi seçki qərargahınıza məsləhətlərimi əsirgəmərəm. Mən olduğum yerdə dəyərlər heç zaman pozulmayıb, bir ömür də belə olacaq - Mənə münasibətdən asılı olmayaraq.
"Yeni Müsavat"dakı dostlarımız isə tarixin müxtəlif dönəmlərində müsahibə, reportaj və s. məsələləri xüsusi qabartmasınlar, o da Rauf bəylə mənim aramda.
Rauf bəy, bir daha uğurlar arzu edirəm, sizinlə yanaşı, gerçək mübarizə aparmaq istəyən hər kəsi bu dairəyə dəvət edirəm”.
MİA.AZ
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək
Müğənni: "Bu da alınan şey deyil axı"
Cavanşir Qurbanovun yerinə təyinat olub
Uşaqların sosial şəbəkə girişinə qadağa qoyulması məsələsi parlamentdə müzakirə olunub
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
YAP-ın rayon təşkilatının keçmiş sədri hakim qarşısında - Şahidlər ifadə verdi, vəsatət rədd edildi
“Arash Estetik” klinikası cərmələndi - Səbəb
Sabah yağış yağacaq
Rəsul Çunayev vəzifəyə təyin olunub
Türkiyədə pişiyi öldürən sürücüyə maraqlı cəza verildi - Bir ay...
Prokurorluğa yeni səlahiyyəti verilir
Uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişir
MƏNBƏNİN AÇIQLANMASI - "Media haqqında" qanuna dəyişiklik olacaq
İordan çayının Qərb Sahilində gərginlik yaranıb
Kəndlər niyə boşalır? - SÜJET
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
FHN-də daha bir təyinat olub
AHİK-də daha bir maraqlı dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi
Mehdiabaddan "28 May"a tramvay açılır
Xırdalanda tıxac.. - Yeni yeraltı tunel açılacaq
ALİ MƏHKƏMƏ DAHA BİR İŞ ÜZRƏ VAHİD QƏRAR QƏBUL ETDİ
"Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir - VİDEO
Ukrayna Rusiyanın daha bir neft bazasını vurub
Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç olub
43 yaşlı Samiq Abuşov 20 kq narkotiklə saxlanılıb
Azərbaycan neftinin qiyməti 70 dollara çatır
Daha bir nəfər dəm qazından ölüb
“Qarabağ” Liperpula kimə hədiyyə aparıb? - Klub üzvləri “Duty Free”dən bol bazarlıq etdi (VİDEO)
TRAMP İRAQI HƏDƏLƏDİ: "Əgər onu Baş nazir seçsəniz..."
Ərdoğanla Tramp telefonda danışdı - Nələr müzakirə olunub?
BMT-dən Fars körfəzindəki gərginliyə reaksiya: "Çox narahatıq"
"AVROPA OYANDI" - Almaniya kansleri ABŞ-a belə mesaj verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Özümüzü "Liverpul"la oyuna kökləməliyik" - Qurban Qurbanov
İsrail təyyarəsi Suriyanın əkin sahələrinə naməlum maddə səpib - Test nümunələri götürülüb
Türkiyə ilə Nigeriya arasında doqquz yeni sənəd imzalandı - SİYAHI
Ali Məclisin Aparat rəhbəri vəzifədən azad edilib
"Beşiktaş"ın futbolçusuna ağır itki üz verdi - Atası qəzada öldü