Ağcabədidə oğurluqla məşğul olan dostlar tutulub

img

29-11-2019 [12:11]


Ağcabədi rayonunda mənzildən oğurluq edilib.

Rayon Hindarx qəsəbə sakini Məhərrəm Mammedov Ağcabədi Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, ona məxsus yaşayış evindən naməlum şəxs və yaxud şəxslər oğurluq edərək 2 min manata yaxın ziyan vurublar. 

Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakinləri Xaliq Tağıyev və Ruslan İsmayılov saxlanılıblar.

Saxlanan şəxslər istintaqa ifadəsində törətdikləri cinayəti etiraf edərək mənzildən oğurladıqları əşyaları sataraq qazanc əldə etdiklərini bildiriblər.

Saxlanan şəxs X.Tağıyevin üzərinə baxış keçirilən zaman ondan 3.131 qram narkotik vasitə hesab olunan heroin aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA