Bakıda qadın öldürüldü - Qısqanclıq səbəbindən

img

29-11-2019 [10:22]


Bakıda qeyr-rəsmi nigah münasibətində olduğu qadını bıçaqlayan şəxs saxlanılıb.

Mia.az DİN-ə istinadla bildirir ki, noyabrın 28-də saat 23 radələrində 1996-cı il təvəllüdlü Məmmədov Sərxan Xanlar oğlu Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi 15/1 ünvanında yerləşən "Bilyard” çay evinin qarşısında qeyri-rəsmi nikah münasibətində olduğu 1989-cu il təvəllüdlü İsmayılova Pərvanə Fərman qızına qısqançlıq zəminində 5 bıçaq zərbəsi vurub. 

Qadın aldığı bıçaq zərbələri nəticəsində ölüb.

S.Məmmədov şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA