Bakıda 17 yaşlı gənci küçədə bıçaqla hədələyn şəxs tutuldu

img

27-11-2019 [11:54]


Bakıda 17 yaşlı gənc küçədə bıçaqla hədələnib.

Hadisə noyabrın 22-də paytaxtın Nərimanov rayonu Təbriz küçəsində baş verib.

Belə ki, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü H.Ağayev günorta saatlarında naməlum şəxs tərəfindən bıçaqla hədələnərək mobil telefonu quldurluq yolu ilə əlindən alınıb.

Daha sonra gənc hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə quldurluq hadisəsini törətməkdə şübhəli bilinən Neftçala rayon sakini, 2002-ci il təvəllüdlü İ.Nağıyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA