Türkiyədə 17 şəhərdə əməliyyat - FETÖ ittihamı ilə 91 nəfər qandallandı

img

26-11-2019 [15:17]


İstanbul Baş Prokurorluğunun terror və mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsi FETO terror təşkilatına üzv olan hərbçilərin saxlanılması istiqamətində əməliyyatları davam etdirirlər.

Mia.az TRT-yə istinadla xəbər verir ki, bu məqsədlə Türkiyənin 17 şəhərində eyni zamanda keçirilən əməliyyatlar nəticəsində daha 91 nəfər saxlanılıb.

Saxlanılanlar arasında yüksək rütbəli zabitlərin və din xadimlərinin də olduğu bildirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR