26-11-2019 [12:18]
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə "İ-Qafqaz” MMC-nin təsisçisi və direktoru İsmayıl Maqsudovun özü və rəhbəri olduğu hüquqi şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən sui-istifadə etdiyi üzə çıxıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, adıçəkilən sahibkarın vergi bəyannamələrinə əsasən, firmasının gəliri olmadığı halda, maliyyə vəziyyətinə dair bilə-bilə şişirdilmiş yalan məlumatlar təqdim edərək Bakı şəhərində avtobuslarla sərnişin daşıma fəaliyyətini həyata keçirmək təyinatı üzrə kredit verilməsi üçün "Bank of Azerbaijan” ASC-dən müxtəlif vaxtlarda 853 min manat məbləğində kredit alıb: "Bununla da "Bank of Azerbaijan” ASC-yə külli miqdarda ziyan vurmasına, həmin kreditlər üzrə 1 milyon 244 min manat məbləğində pul vəsaitini qəsdən ödəməməklə "Bank of Azerbaijan” ASC-nin bank fəaliyyətinin və kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilmişdir.
Cinayət işi üzrə İsmayıl Maqsudova Cinayət Məcəlləsinin 195.2 (qanunsuz kredit alma külli miqdarda ziyan vurduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və "İ-Qafqaz” firmasının mülkiyyətində olan ümumi dəyəri 480 min manat məbləğində qiymətləndirilmiş 12 ədəd "Daewoo” markalı daşınar əmlakı üzərinə həbs qoyulmuşdur.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".
ÇL: Stadionda 1000-dən yuxarı "Ayaks"azarkeşi var - VİDEO
İslandiya "Avroviziya"nı boykot edir - Səbəb
Prezident İlham Əliyev Donald Trampa məktub göndərib: "Münaqişələrin həllinə davamlı sadiqliyiniz..."
Qəzza yenə bombalanıb - Yaralılar var
Prezident daha bir 4 illik planı təsdiqlədi - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman + DETALLAR
"Yüksəliş" müsabiqəsi keçiriləcək - Sərəncam
REKTOR VƏZİFƏDƏN ÇIXARILDI, YENİ TƏYİNAT OLDU - Sərəncam
Sabah Binəqədi və Sabunçuda qaz olmayacaq
"Sumqayıta belə dayanacaq yaraşarmı, ayıb deyil?!" - Dərə sakinləri şikayətlənir, İH "düzələcək2 deyir + FOTOLAR (Yenilənib)
İqtisadi Şura ilə İnvestisiya Holdinqin Müşahidə Şuraları birgə iclas keçirib - Nələr müzakirə olunub?
Əli Əsədov bu qurumlarla bağlı qərar imzalayıb - Siyahı
Domen idarəçiliyi ilə bağlı Yol Xəritəsi hazırlanacaq
Diplomatik xidmət əməkdaşlarının attestasiyası - Qayda təsdiqləndi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb
SOCAR-la "MVM ONEnergy" arasında yeni saziş imzalandı - Qazla bağlı
Bakıda əyləncə məkanı cərimələnib
Əli Kərimli barəsində həbs qətimkan tədbiri dəyişdirilməyib
"Hıdır Baba"nın anası vəfat edib - 93 yaşında
Vəzifəli şəxslərin əmlaklarına həbs qoyulub - Siyahı
Türkiyədə kimyəvi zavodda partlayış oldu - FOTOLAR
Ərdoğan Türkmənistana gedir - Tarix açıqlandı
Elçin Əmirbəyov Brüsseldə - Açıqlamalar
"Hələ onun saçına jele vuran vaxtlarıdır" - Hüquqşünas icra başçısına belə replika atdı
Keçmiş hakimə Konstitusiya Məhkəməsində vəzifə verilib
Super Liqanın 8 komandası cəzalandırılacaq - SİYAHI
Rəsmi Moskva: "Biz Ukraynada atəşkəs yox, sülh üçün çalışırıq"
DTX-dən xaricdə yeni əməliyyat: ağır cinayətlər törətmiş şəxslər saxlanılıb - VİDEO
Billurə Aslanqızıyə AzTV-də vəzifə verildi
İsrail Qəzzanın cənubuna və şimalına zərbə endirib
Avropa çempionatı: millimizin rəqibləri bəlli oldu
Ümummilli liderin xatirəsi Buxarest şəhərində yad edilib - FOTOLAR
Qaralov, Usubov və Sultanov bir arada - FOTOLAR
AFFA "Neftçi"ni cərimələyib
Yağışlı hava davam edəcək - Sabahın hava proqnozu
Nazir müavini: "Distant işlə bağlı yeniliklər gözlənilir"
Bakıda binaların birinin eyvanı uçub - VİDEO
"Keyfiyyət informasiya sistemi haqqında Əsasnamə"ni təsdiqlənib
Namizəd Səfərova cinayət işi açılıb