Göyçay rayonunda oğurluq edən şəxslər saxlanılıblar

img

26-11-2019 [10:44]


Göyçay rayonunda oğurluq edən şəxslər saxlanılıblar.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, MMC-lərdən birinin direktoru Göyçay Rayon Polis Şöbəsinə müraciət edərək 650 metr uzunluğu olan alüminium naqilin naməlum şəxslər tərəfindən oğurlanması barədə məlumat verib.

Daxil olmuş müraciətlə əlaqədar Göyçay RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu edən şəxslərin Kürdəmir rayon sakinləri Asif Abdullayev,Yaşar Atayev və Asif Abdurahmanov olduqları müəyyən olunub. 

Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR