Mingəçevirdə aptek müdiri saxlanıldı

img

25-11-2019 [11:18]


Mingəçevir Şəhər Polis Şöbəsinə şəhərdə fəaliyyət göstərən apteklərdən birində güclü təsiredici xüsusiyyətlərə malik dərmanların qanunsuz şəkildə satılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin dərman preparatlarını qanunsuz olaraq satdığı üçün aptekin müdiri Eldəniz Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Aptekə keçirilmiş baxış zamanı oradan 77 ədəd güclü təsiredici xüsusiyyətlərə malik dərman preparatları aşkar olunaraq götürülüb.

Faktla bağlı ŞPŞ-də araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA