05-07-2019 [11:57]
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Musavat.com-a müsahibə verib.
Mia.az həmin müsahibəni təqdim edir:
- Tofiq bəy, İran-ABŞ münasibətlərindəki gərginlik pik həddə çatır. Bu, regiona və dünyaya nə vəd edir?
- Birinci onu qeyd etmək lazımdır ki, Şimali Koreya ilə bağlı ortada təcrübə var. Trampın siyasi davranışı o nəticəyə gətirib çıxarda bilər ki, İrana da bu cür siyasi taktika tətbiq olunsun. Yəni əvvəl təzyiqlər, ondan sonra da hansısa gərginlik fonunda danışıqlar ola bilər. Bu danışıqların nəticəsində ortaq mövqeyin formalaşması mümkünsüz deyil. Trampın taktiki gedişləri, onun biznesdən irəli gələn təcrübəsi bunu göstərir.
- İran-ABŞ gərginliyi Azərbaycana nə vəd edir?
- İlk növbədə onu qeyd edim ki, bu, Azərbaycan üçün çox vacib bir məsələdir. Proseslər ölkəmizə çox yaxın yerdə yerləşən bir dövlət ətrafında gedir. Azərbaycanın həm Amerika, həm də İranla münasibətləri, geniş əlaqələri var. Maraqlı tərəf kimi Azərbaycan xoşməramlı xidmətlərini göstərə bilər. İki ölkə arasındakı görüşlər üçün Azərbaycan uyğun, yaxşı bir məkandır. Xatırlayırsınızsa, Rusiya ilə Amerikanın münasibətləri gərgin olan vaxtda baş qərargah rəisləri Bakıda görüşdülər. Bu baxımdan sülhə xidmət üçün hansısa addımların atılması baxımından Azərbaycan xidmətlərini təklif edə bilər. Hesab edirəm ki, Azərbaycan hər zaman bu istiqamətdə fəaliyyət göstərmək niyyətindədir.
- S-400-lərin bir həftədən sonra Türkiyəyə gətiriləcəyi deyilir. Bu, baş tutarsa, Türkiyə-ABŞ münasibətlərində yeni bir gərginliyin şahidi ola bilərikmi?
- Öncəliklə onu qeyd edim ki, artıq vəziyyət dəyişib. Trampın bəyanatı onu göstərdi ki, Amerika artıq bu məsələdə mövqeyini dəyişib. O qeyd etdi ki, ölkəsi Türkiyəyə qarşı addımlar atmır. Onu da bildirdi ki, biz hansısa yolları tapıb, məsələni həll etməliyik. Burada bir sıra məsələlərin nəzərdə tutulduğunu düşünürəm. Hava hücumundan müdafiə sistemi S-400-lər hava qüvvələrinə aid sistemlərlə uyğunlaşdırılmalı və imkan verilməməlidir ki, bu istiqamətdə təhlükəsizliyə ziyan gətirilsin. Bununla bağlı təcrübə var. Yunanıstan 10 ildən çox müddət ərzində S-300-ləri Rusiyadan alıb və bu müddət ərzində istifadə edib. Yunanıstan da NATO üzvüdür. Bu baxımdan hesab edirəm ki, S-400-lərlə bağlı problemlər həll olunacaq və Türkiyə bu sistemləri əldə edəcək. Sadəcə, ortadakı texniki problemlər həll olunmalıdır.
- G20-də Trampın Putin və Ərdoğanla görüşləri baş tutdu. Bunun ölkələrarası münasibətlərin müsbətə doğru dəyişməsinə faydası olacaqmı? Hətta bu görüşlərdən sonra Trampın Türkiyəyə və Rusiyaya səfər edəcəyi barədə məlumatlar yayıldı...
- Bu çox vacib və gələcək üçün münasibətləri düzəldə biləcək görüşlər oldu. Artıq Amerikanın iqtisadiyyatda rəqabət apardığı, rəqib gördüyü Çinlə dövlətlər münasibətlər qururlar. ABŞ və Qərb ölkələri Rusiyanı təzyiq hədəfi kimi seçiblər. Artıq bu siyasət dəyişməkdədir. Hər halda, gedən proseslər bunu göstərir. Əsas məsələ bu olub ki, Rusiya-Çin əlaqələrində imkan verməmək lazımdır ki, onlar yaxınlaşsın. O cümlədən Türkiyə ilə bağlı da eyni siyasət yürüdülür. Dövlət başçılarının təşkil olunacaq qarşılıqlı səfərləri bu tendensiyanın güclənməsinə xidmət edəcək.
- Dağlıq Qarabağ problemi ətrafındakı son gəlişmələri necə dəyərləndirirsiz?
- Bu məsələyə ATƏT-in xüsusi yaradılmış Yüksək Səviyyəli Planlaşdırma Qrupunda baxılır. Təxminən 90-cı illərin ortalarında Budapeşt sammitindən sonra bu qrup yaradılıb. Orada hərbiçilər sülhməramlı əməliyyatın həyata keçirilməsi planlarını müəyyən ediblər. Bu qrupda müxtəlif ölkələrdən olan zabitlər də olub. İndi bu qrupun sülhməramlı əməliyyatı üçün xüsusi bir konsepsiya hazırlanıb. Bu təxminən 15-20 il əvvəl formalaşıb. Orada əməliyyatın xüsusiyyətləri göstərilir və ciddi şəkildə öyrənilir. Bu, konsepsiya həm Azərbaycanda, həm də Ermənistanda var. Sülhməramlı əməliyyatın əsas şərti ondan ibarətdir ki, yalnız siyasi sülh sazişi əldə olunandan sonra bu baş verə bilər. Birmənalı şəkildə bu cür beynəlxalq hüquq bunu tələb edir. Sazişin əldə olunması isə böyük əngəllərlə rastlaşır. Erməni baş nazir Nikol Paşinyanın sərt mövqeyi onu göstərir ki, real danışıqlar getmir. Sülhməramlılar məsələsinin müzakirəsi heç aktual da deyil. Zatən bununla bağlı konsepsiya, dediyim kimi, çoxdan mövcuddur.
- Paşinyanın Qarabağ klanı ilə mübarizəsi getdikcə gərginləşir. Sizcə, onun bu klanı sıradan çıxarmağa gücü yetəcəkmi?
- Bu mübarizədə bir neçə istiqamət görmək olar. Qərbyönlü siyasətçilər ruspərəst siyasətçilərlə mübarizə aparırlar. Eyni zamanda onu da görürük ki, Qərb də Paşinyanı o qədər qəbul etmir. Hiss olunur ki, Qərb Paşinyana etibar etmir. Bu səbəbdən Qərbin Ermənistana ciddi maliyyə dəstəyi edib, bu ölkəni Rusiyanın nəzarətindən çıxarıb öz nəzarətinə götürməsi mümkünsüz görünür. Çox mürəkkəb proseslər gedir. Hesab edirəm ki, Köçəryanın yenidən həbs edilməsi ilə Paşinyan Qərbə göstərmək istəyir ki, qərbyönlü siyasətçi olmaqda israrlıdır. Amma o, belə addımları ilə inam qazana bilmir. Gələcəkdə Ermənistanda baş verə biləcək böhranlar daha çox sosial yöndə görünür. Əvvəllər dediyim kimi, bir daha bildirirəm ki, Paşinyan Qarabağda hərbi əməliyyatların bərpasına çalışacaq. Uğurlu olub-olmamasından asılı olmayaraq, göstərməyə çalışacaq ki, Rusiya Ermənistanı satıb. Gedən ssenari buna bənzəyir. Paşinyanın başqa yolu qalmayıb. Gec və ya tez bu ssenari reallaşacaq. Azərbaycan buna hazır olmalıdır.
- Gürcüstan daxilində gedən prosesləri necə dəyərləndirirsiz? Aksiyalarda gürcü xalqı rus deputatın spikerin kürsüsündə əyləşməsinə etiraz etməkdə haqlı idilərmi?
- Şərhlər, xüsusilə Gürcüstanda olan şərhlər onu göstərir ki, orada iki cəbhənin mübarizəsi mövcuddur. Qərbyönlü siyasətçilər və sözdə qərbyönlü olub, amma ruspərəst olan siyasətçilər arasında mübarizə gedir. Artıq rusiyayönlü siyasət Gürcüstanda ictimaiyyət tərəfindən bu ölkədə qəbul olunmur. İvanişvili Rusiya ilə bağlı siyasətçidir. Onun mövqeyi bəllidir. Hətta artıq dəmir yolunun bərpası söhbəti ortaya çıxıb. Hiss olunur ki, ictimaiyyət bu cür addımlara mənfi münasibət bəsləyir.
Hesab edirəm ki, iqtidarda olan qrup ciddi siqnal alıb ki, onlar qərbyönlü siyasətin olmasını qəbul etməlidirlər. Rəhbər var ki, Rusiya ilə əlaqələri bərpa edə bilər, bunun qarşısını almalıdırlar. Gürcü iqtidarı artıq çox şeyi başa düşür. Bundan sonra bu cür səhvlərə yol verilməyəcəyini düşünürəm. Başa düşürük ki, Gürcüstanın indiki vəziyyəti birbaşa Qərbin dəstəyi ilə bağlıdır. Həm Rusiyanın, həm də Qərbin dəstəyini almaq mümkün deyil. Bu problemlər Ermənistanda da yaşanır. Uzun müddətdir ki, onlar Rusiya və Qərbin dəstəyini almağa çalışırlar. Ona görə də ermənilərdə də bu cür böhranın baş vermə ehtimalları var.
Yasamaldakı qara paltarlı o qadın tutuldu - VİDEO, FOTO
DAHA BİR GENERALA YÜKSƏK VƏZİFƏ VERİLDİ
"TikTok"un vəzifəli şəxsləri gizli qoruma oyunu - Amerikada Tramp qorunur, bizdə isə Prezidenti təhqirə geniş yer açılır
Məktəb direktorunun şagirdi vurması iddiası araşdırılır
Sabah hava necə olacaq? - Proqnoz
AFFA klubları cəzalandırdı
Rusiyadda bakalavriat və magistratura ləğv edilir
"Changan"dan şikayətlər artır - Bəs ekspert nə deyir?
Deputat yenə cəza və cərimə tələb edən nazir müavininə qəzəbləndi: "İnsanlar boğaza yığılıblar"
Ordu və polis müvəqqəti prezidenti "Sədaqət andı" içdi - "Komandir əsası" təqdim olundu
"Balkonlardan tullanmayın" - Qapçının qolu ilə pley-offa yüksələn "Benfika"nın Baş məşqçisi kimə replika atdı?
Türklər parçalananda Rusiya böyüyür, birləşəndə kiçilir - Bu, tarix boyu təkrarlanan geosiyasi qanundur (təhlil)
"Qardaşım vəfat etməyib" - Əhəd Abıyev
Kəmaləddin Heydərov yeni təyinata imza atıb
Etibar Əhmədov vəzifədən azad olunub
Şəmşad Ağa anasının dəfn mərasiminə buraxıldı - QƏRAR
"ABU-nun saxta diplomlu "məzunu" onu Xidmət rəisi təyin etdirdi..." - Jurnalist jurnalistin statusuna elə şərh yazdı ki... (FOTOLAR)
Daha üç nəfər dəm qazından zəhərlənib (Yenilınib)
Məhkəmənin qərarı olmadan axtarış aparılması... - Cinayət-Prosessual Məcəlləsi dəyişir
Maştağada istixanadan oğurluq edənlər saxlanıldı
ZƏNGİLANIN BU KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLDU
İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır