isa Qəmbər Şahin Ağabəylinin ailəsinə bazsağlığı verib

img

27-10-2010 [03:30]


Azərbaycan mediasının tanınmış isimlərindən biri Şahin Ağabəyli yol qəzasında faciəli şəkildə həlak olub. Hadisə Bakı-Astara magistralında, Qaradağ rayonu ərazisində baş verib. Şahin Ağabəyli 1976-cı ildə Neftçala rayonunda anadan olub. O, Türkiyədə Quru Qoşunlarının Hərbi Akademiyasını bitirib. Əsas fəaliyyəti jurnalistika ilə bağlı olub. "Poliqon" informasiya agentliyinin rəhbəri, "Milli yol" qəzetinin baş redaktoru idi. O, jurnalistlik fəaliyyəti dövründə həmişə həqiqətin yanında olub, milli dəyərlərə hədsiz bağlılığı ilə seçilib. Biz bu ağır itki ilə bağlı mərhumun ailəsinə, yaxınlarına, onun əqidə dostlarına və həmkarlarına dərin hüznlə baş sağlığı veririk. Ş. Ağabəylinin əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaq. Allah rəhmət eləsin! İsa Qəmbər və Müsavat Partiyasının Divanı

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA