Ödənizli təzviqat aparmaq istəyən KiV-lərin qeydiyyatı bazlanıb

img

17-09-2010 [12:07]


Mərkəzi Seçki Komissiyası (MSK) ödənişli təşviqat aparmaq istəyən KİV-lərin müraciətlərini qəbul etməyə başlayıb. Bu barədə MİA-ya açıqlama verən MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib ki, seşkilərdə ödənişli təşviqat aparmaq istəyən KİV-lər mütləq MSK-ya müraciət edib qeydiyyatdan keçməlidirlər. Əks təqdirdə onların təşviqatı qeyri-qanuni sayılacaq. A.Sarıyev sözlərinə görə, ödənişli təşviqatın aparılması ilə bağlı artıq MSK-ya müraciət edən bir neçə KİV-lər var. MSK sözçüsü onu da vurğulayıb ki, seçkilərdə ödənişli təşviqatında iştirak etmək istəyən KİV-lər oktyabrın 7-nə qədər sənədlərini MSK-ya təqdim etməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA