Avropa Tələbələr Birliyinin ölkəmizə izgüzar səfəri baza çatıb

img

14-09-2010 [02:33]


Avropa Tələbələr Birliyinin nümayəndələrinin ölkəmizə bir həftəlik işgüzar səfəri bu gün başa çatdı. Əsas məqsədi Azərbaycan Tələbələr Birliyi ilə Avropa Tələbələr Birliyi arasında əlaqələri inkişaf etdirmək olan səfər çox ciddi və mühüm görüşlərlə yadda qaldı. Belə ki, qonaqlar Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Gənclər üçün Təhsil Mərkəzi, Turizm İnstitutu, Müəllimlər İnstitutu, Xəzər Universiteti, Açıq Cəmiyyət İnstitutu Yardım Fondu və müxtəlif tələbə təşkilatlarının rəhbərlikləri ilə işgüzar görüşlər keçirdilər. Keçirilən görüşlərdə Azərbaycanda tələbə həyatı, universitetlər, təhsil sistemi, təhsil qanunvericiliyi və s. istiqamətlərdə müzakirələr aparıldı. Qeyd edək ki, bu mötəbər beynəlxalq təşkilatda Azərbaycanın təmsil olunması kimi öhdəliyi öz üzərinə götürən Azərbaycan Tələbələr Birliyi qonaqlar üçün rəsmi görüşlərlə bərabər, mədəni proqramlar da təşkil etmiş və onlara ölkəmizin tarixi-mədəni obyektlərini tanış etmişdir. Səfərin sonunda Avropa Tələbələr Birliyinin nümayəndələri səfərlə bağlı geniş hesabat hazırladılar. Hazırlanan hesabat cari ilin noyabr ayında İsraildə keçirilməsi planlaşdırılan Avropa Tələbələr Birliyinin növbəti İdarə Heyəti toplantısına təqdim ediləcəkdir. Səfər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə gerçəkləşmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA