Bakı Apellyasiya Məhkəməsi Ramiz Mehdiyevin xeyrinə qərar çıxardı

img

02-09-2010 [02:21]


Bakı Apellyasiya Məhkəməsi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ?Xural? qəzetinə qarşı iddiası üzrə Nərimanov Rayon Məhkəməsində çıxarılmış qərardan şikayətə baxıb. RATİ xəbər verir ki, sentyabrın 1-də keçirilən prosesdə rayon məhkəməsinin qərarı qüvvədə saxlanıb. Həmin qərara görə, ?Xural? qəzeti 23 may 2010-cu il sayında verdiyi ?Ramiz Mehdiyevin Bəxtiyar Vahabzadəni bitirmə planı!!! Prezident Administrasiyasının rəhbəri nədən Şəki camaatını və icra başçısını cəzalandırmalı oldu?? başlıqlı məqalədə yazılanları təkzib etməli, üzr istəməli və 10 min manat təzminat ödəməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA