Mətbuat Şurası və ATƏT jurnalistlərin pezə davranızlarını müzakirə edəcək

img

31-08-2010 [03:43]


Sabah Azərbaycan Mətbuat Şurasının ATƏT-in Bakı ofisi ilə birgə layihəsi çərçivəsində ikinci ?dəyirmi masa? keçiriləcək. Şuradan MİA-ya daxil olan məlumata görə, tədbirdə Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına təklif edilən əlavə və düzəlişlərlə bağlı tövsiyələr müzakirə olunacaq. Bu il avqustun 12-də MŞ və ATƏT-in Bakı ofisinin birgə təşkil etdiyi ?dəyirmi masa?da peşə davranışı qaydalarına əlavə və düzəlişlərlə bağlı tövsiyələr nəzərdən keçirilib və sənədin təkmil variantının hazırlanması üçün işçi qrupu formalaşdırılıb. MŞ İdarə Heyətinin üzvlərinin, ATƏT-in Bakı ofisinin təmsilçisinin, ölkənin tanınan, ictimai fikrə təsir göstərən KİV-lərinin rəhbərlərinin və media ekspertlərinin daxil olduğu qrup bu gün tövsiyələrə bir sıra düzəlişlər edərək onu ümumi diskussiyaya çıxarmaq üçün məqbul sayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA