?KiV-lərin və jurnalist təzkilatlarının layihələrinin maliyyələzdirilməsi ilə bağlı? müsabiqəsinin nəticələri açıqlanıb (siyahı)

img

30-08-2010 [05:30]


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktorunun təşəbbüsü ilə Fondun Müşahidə Şurasının iclası keçirilib. İclasda 02 avqust 2010-cu ildə elan olunmuş "KİV-lərin və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı" müsabiqəsinin yekunları müzakirə olunub. Fondun İcraçı direktoru Vüqar Səfərli müsabiqəyə təqdim olunmuş layihələr haqda məlumat verərək, ümumilikdə Fonda 15 istiqamət üzrə 41 layihənin daxil olduğunu bildirib. Fonda daxil olan layihələrin 20-i qəzet redaksiyası, 12-i jurnalist təşkilatı, 9-u isə informasiya agentliyi tərəfindən təqdim edilib. İclasda müsabiqənin nəticələri müzakirə edilib və ekspertlərin rəyləri nəzərə alınaraq qalib layihələr müəyyən olunub. Qalib qurumlardan 19-u qəzet redaksiyası, 6-ı informasiya agentliyi, 5-i isə jurnalist təşkilatıdır. I İSTİQAMƏT Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının müdafiəsi "Həftə içi" qəzeti - Seyidova Sevinc Mirsucəddin qızı - 20 000 AZN "Olaylar" İnformasiya Agentliyi - Əliyev Yunus İsaxan oğlu - 7 500 AZ II İSTİQAMƏT Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməs "Jurnalistlərin Həmkarlar İttifaqı" - Ələsgərli Müşfiq Məşi oğlu - 7 000 AZN "Azərbaycan Jurnalist Qadınlar" Assosiasiyası - Yusifova Sevil Şərif qızı - 5 000 AZN "Səs" İnformasiya Agentliyi - Quliyev Bəhruz Vaqif oğlu - 5 000 AZN III İSTİQAMƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi "Olaylar" qəzeti - Əliyev Yunus İsaxan oğlu - 25 000 AZN "Yeni Müsavat" qəzeti - Abbasov Rauf Arif oğlu - 25 000 AZN "Assa-İradə" İnformasiya Agentliyi - Abbasov Fazil Famil oğlu - 5 000 AZN IV İSTİQAMƏT Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi "Azəri Press" İnformasiya Agentliyi - Abışova Vüsalə Mahir qızı - 7 500 AZN V İSTİQAMƏT Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin işıqlandırılması "Yeni Azərbaycan" qəzeti - Məmmədov Hikmət Baba oğlu - 25 000 AZN VI İSTİQAMƏT Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği "Kaspi" qəzeti - Natiq Məmmədov - 25 000 AZN "Palitra" qəzeti - Əliyev Namiq Həsən oğlu - 20 000 AZN "Reytinq" qəzeti - Afiq Yelmar oğlu Mirzə - 5 000 AZN VII İSTİQAMƏT "Azadlıq" qəzeti - Əhmədov Azər Qüdrət oğlu - 25 000 AZN "AzerNEWS" qəzeti - Abbasov Fazil Famil oğlu - 5 000 AZN VIII İSTİQAMƏT Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi "Xalq Cəbhəsi" qəzeti - Mirzəbəyli Elçin Əbdülrəhim oğlu - 25 000 AZN "Futbol+qol" qəzeti - Vəliyev Fariz Əhməd oğlu - 15 000 AZN "Oxu Məni" qəzeti - Qocayev Natiq Vəli oğlu - 10 000 AZN IX İSTİQAMƏT Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi "Səs" qəzeti - Quliyev Bəhruz Vaqif oğlu - 25 000 AZN "İqtisadiyyat" qəzeti - Səmədzadə Aytən Ziyad qızı - 5 000 AZN X İSTİQAMƏT İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi "Mövqe" qəzeti - Ələsgərov İlham Maşallah oğlu - 25 000 AZN XI İSTİQAMƏT Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi "Trend" İnformasiya Agentliyi - Hüseynov İlqar Məmməd oğlu - 7 500 AZN XII İSTİQAMƏT Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi "Bakı-Xəbər" qəzeti - Quliyev Aydın Alqulu oğlu - 25 000 AZN "Paritet" qəzeti - Quliyev Cəmaləddin Həsən oğlu - 20 000 AZN "Azadinform" İnformasiya Agentliyi - Hacıyev Asəf Adil oğlu - 7 500 AZN XIII İSTİQAMƏT Ekologiya və ətraf mühitin mühafizəsi "Ədalət" qəzeti - İradə Tuncay - 20 000 AZN XIV İSTİQAMƏT Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması "525-ci" qəzet - Məcidov Rəşad Museyib oğlu - 25 000 AZN XV İSTİQAMƏT KİV-in əməkdaşlarının peşəkarlığının artırılması Elektron Mediaya yardım Fondu - Məhərrəmov Yunis Məhəmməd oğlu - 20 000 AZN Beynəlxalq Mətbuat Klubu - Aslanov Eldar İkram oğlu - 7 000 AZN "Tərəfsiz Jurnalistlər" İctimai Birliyi - Eyvazov Elşad Səməndər oğlu - 5 000 AZN

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA