Azərbaycan Tələbələr Birliyi ?Auditoriya? adlı yeni internet qəzeti açıb

img

30-08-2010 [03:05]


Azərbaycan Tələbələr Birliyi ?Auditoriya? adlı yeni internet qəzet hazırlamağa başlayıb. Qəzetin ilk sayı bu gün oxuculara təqdim edilib. Qeyd edilən qəzet vasitəsilə ictimaiyyət tələbələr və təhsil haqqında müxtəlif səpkili məlumatlar, araşdırmalar, məqalələr əldə edəcəklər. Qəzet ayda 2 dəfə olmaqla hazırlanacaq. Həmçinin, səhifədə olan ?Join our mailing list? bölməsi vasitəsilə xəbərlərin hər dəfə elektron ünvanlara göndərilməsi də təmin ediləcək. Azərbaycan Tələbələr Birliyindən verilən məlumata görə, internet qəzetin yaradılmasında əsas məqsəd tələbələri vaxtaşırı olaraq təhsil yenilikləri, beynəlxalq və yerli tədbirlər, tələbələrlə bağlı maraqlı hadisələr, həmçinin, tələbələrin xaricdə təhsil ala bilməsi üçün proqramlar və təqaüd imkanları barədə məlumatlandırmaqdır. (auditoriya.wordpress.com) Qeyd edək ki, bu qəzet vasitəsilə xarici universitetlərdəki təhsil yenilikləri, xaricdə təhsil alan tələbələrimizin fəaliyyəti ilə də tanış olmaq mümkün olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA