"Xaricdə təhsil alan gənclərin gələcəkdə kadr potensialını təzkil etmək məqsədi ilə onların vahid məlumat bazasının qurulması vacibdir"

img

30-08-2010 [12:00]


Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri Elnur Aslanov Bakıda keçirilən Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin VIII Beynəlxalq Forumunda iştirak edən 15 ölkədən olan 30 forum iştirakçısı ilə görüşüb. Görüşdə bir sıra vacib məsələlər müzakirə olunub. Administrasiya rəsmisi qeyd edib ki, keçirilən forum uğurlu bir layihə kimi qiymətləndirilir, forumun daha təşkilatlanmış və səmərəli işinin təşkilində dövlət istənilən köməklik göstərməyə hazırdır. Həmçinin qeyd edilib ki, xaricdə təhsil almağa gedən Azərbaycanlı gənclərimizin məqsədi yalnız təhsil deyil, eyni zamanda Azərbaycanın xaricdəki nüfuzunu artırmaq, lobbiçilik və diaspora fəaliyyətində təşkilatlanmış şəkildə fəal olmaqdır. Onun sözlərinə görə, o cümlədən, xaricdə təhsil alan gənclərin gələcəkdə kadr potensialını təşkil etmək məqsədi ilə onların vahid məlumat bazasının qurulması vacibdir. O bildirib ki, bu təşkilat xaricdə təhsil alan gənclərin maraqlarına xidmət etməli, onların xaricdə səmərəli fəaliyyəti istiqamətində görəcəkləri işlərdə dəstək funksiyasını yerinə yetirməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA