CNN çingiz Mustafayevlə bağlı reportajı yayımladı

img

28-08-2010 [03:42]


Amerikanın nüfuzlu CNN telekanalı bu səhər Milli Qəhrəman Çingiz Mustafayevin həyat və ölümü, habelə onun lentə aldığı Xocalı faciəsinə dair reportaj yayımlayıb. Jurnalist Sevinc Osmanqızının müəllifi olduğu süjetdə Çingiz Mustafayevin Xocalıda erməni vəhşiliyini əks etdirən kadrları da yer alıb. Amerikanın Erməni Assambleyasının bu reportajın nümayişinin qarşısını almaq üçün apardığı elektron kampaniya isə nəticəsiz qalıb. İnternet vasitəsi ilə verlişin yayımlanmaması üçün imza toplayan erməni diasporunun üzvləri telekanalın rəhbərliynə məktub yazaraq, erməni işğalçılarını ifşa edən verilişin kanalın efirində yayımlanmasına yol verməməyi tələb edirdi. Reportajın müəllifi və aparıcısı jurnalist Sevinc Osmanqızı onun hazırlanması prosesi barədə bunları deyib: ?Ölümündən 18 il keçsə də, Çingiz Mustafayev barədə çəkilən heç bir kadr onun özünün çəkdiklərini üstələyə bilmir. Bu kadrlarda o, öz sözünü deyib. Bu, telejurnalistika tarixində nadir haldır ki, reportyorun öz kamerası onun öz ölümünü belə lentə alsın. Onun həyatı, doğrudan da, bir qəhrəmanlıq salnaməsidir.? ANS Televiziyasında hazırlanan reportajın böyük hissəsi Çingiz Mustafayevin özünün çəkdiyi video materiallardan ibarətdir. Sevinc Osmanqızı süjetin Çingiz Mustafayevin yubiley günlərində CNN auditoriyasına təqdim olunmasında rəmzi məna gördüyünü deyib: ?Çingiz Mustafayev Vətənini ehtirasla sevən, ondan ötrü həyatda sözün əsl mənasında hər şeyi, həyatını belə risq edən qorxmaz insan idi. O, Vətənində baş verənləri böyük ürək ağrısı ilə lentə alırdı ki, dünya ictimaiyyəti bu həqiqətlərdən xəbərdar olsun. Məncə, bu, özü də bir rəmzi göstəricidir ki, 50 illik yubiley günlərində onun xatirəsini yad edən təkcə həmvətənləri deyil, çoxmilyonlu dünya auditoriyası olacaq. Bu, məni çox sevindirir". Çingiz Mustafayev və Xocalı faciəsinə həsr olunan reportaj CNN-in ən qocaman və populyar xəbər verilişlərindən olan "World view" proqramında 4 gün ərzində 5 dəfə nümayiş olunmalıdır. Xatırladaq ki, CNN İnternational telekanalı ABŞ-ın Atlanta şəhərində yerləşən mərkəzindən 23 peyk vasitəsilə dünyanın 212-dən artıq ölkə və ərazisinə, təqribən 800 milyon auditoriyaya yayımlanır. Reportajı aşağıdakı gün və saatlarda CNN İnternational kanalında izləmək olar: 28 avqust, şənbə: 13:30 GMT, Bakı vaxtı ilə saat 18:30 29 avqust, bazar günü: 01:30 GMT, Bakı vaxtı ilə saat 06:30 30 avqust, bazar ertəsi: 08:30 GMT, Bakı vaxtı ilə saat 13:30 31 avqust, çərşənbə axşamı 03:30 GMT, Bakı vaxtı ilə saat 08:30 İnternet və CNN Mobildə: Reportajı aşağıdakı gün və saatlarda İnternetdə http://cnn.com/video Canlı Video rejimində izləmək olar: Şənbə: 17:00 GMT, Bakı vaxtı ilə saat 22:00 Bazar günü: 13:30 GMT, Bakı vaxtı ilə saat 18:30 Bazar ertəsi: yalnız CNN Mobildə: 06:30 GMT, Bakı vaxtı ilə 11:30 Çərşənbə axşamı: 03:00 GMT, Bakı vaxtı ilə saat 08:00 Cümə axşamı: 02:30 GMT, Bakı vaxtı ilə saat 07:30 Azərbaycandan olan süjeti avqustun 30-dan başlayaraq, həmçinin http://www.cnn.com/worldview saytından da izləmək olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA