?Reytinq? qəzeti KiV Fonduna layihə təqdim etdi

img

24-08-2010 [02:16]


Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2010-cu il üçün KİV-lərin və jurnalist təşkilatlarının layihələrini maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqəyə ?Reytinq? qəzeti də layihə təqdim edib. Müstəqil İnformasiya Agentliyinə məlumat verən ?Reytinq? qəzetinin baş redaktoru Afiq Mirzəbəyli deyib ki, təqdim olunan layihə kifayət qədər əsaslandırılmış və mətbuatın inkişafına öz töhfəsini verə biləcək layihədir: ?Hesab edirəm ki, hazırladığımız layihə müsbət qiymət alacaq. Layihəmizdə toxunduğumuz məsələ, layihənin hazırlanması və lazım olan bütün sənədlər qaydasındadır. Zənnimcə, layihəmiz bu dəfə layiq olduğu qiymətini alacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA